Gürcüstanda 1857 yeni yoluxma

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1857 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
XEBERTV.AZ xəbər verir ki, APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 241 637, ölənlərin sayı isə 2 820 nəfərə çatıb.
Virusa yoluxanlardan 227 208 nəfərin sağaldığı bildirilir.