Xəbər lenti
Axtar
30 Kas 2020, 09:05   
    98
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 185 nəfər dünyasını dəyişib.

XEBERV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 558 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 439 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 494 351 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 015 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 400 242 nəfər təşkil edir.

loading...