Xəbər lenti
Axtar
30 Kas 2020, 08:58   
    125


Ukraynadan SON QƏRAR: "Türkiyə ilə birlikdə böyümək istəyirik"

Ukraynadan SON QƏRAR: "Türkiyə ilə birlikdə böyümək istəyirik"
Ukrayna Baş naziri Denis Şmigal, Baş nazirin müavini Oleq Uruski, İnfrastruktur naziri Vladislav Krikliy və digər dövlət rəsmiləri Türkiyəyə işgüzar səfərə ediblər və Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank ilə görüşüblər.

XEBERTV.AZ xəbər verir ki, görüş zamanı Ukraynanın Baş naziri Ukrayna ilə Türkiyənin ticarət əməkdaşlığı sahəsində böyük potensiala malik olduğunu vurğulayıb:

“Əminəm ki, ölkələrimiz arasında Sərbəst Ticarət Sazişinin imzalanması ilə bu gün potensialı 5 milyard dollarlıq illik dövriyyədən ikiqat artıracağıq və bu, birlikdə əldə edilə bilər. Ukrayna Türkiyə ilə birlikdə böyümək istəyir"

Xatırladaq ki, əvvəllər "Anadolu" agentliyinə verdiyi müsahibədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna ilə Türkiyə arasındakı münasibətlərin indi "ən yaxşı vəziyyətdə olduğunu" söyləmişdi.Publika.az
loading...