
110 fermer öldürüldü, qadınlar girov götürüldü
Nigeriyada Boko Haram terrorçuları tərəfindən azı 70 fermer öldürülüb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib.
***
BMT Bornoya hücum zamanı 110 fermerin qətlə yetirildiyini, onlarla insanın yaralandığını açıqlayıb.
Bundan başqa, xeyli qadın terrorçular tərəfindən girov götürülüb.