Xəbər lenti
Axtar
29 Kas 2020, 21:21   
    112


Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 423 yoluxma halı qeydə alınıb.

XBERTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 71 971 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzində koronavirusdan 461 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Hazırkı dövrədək ölkədə koronavirusdan ölənlərin sayı 1 262 nəfər, sağalanların sayı isə 63 407 nəfər təşkil edir.
loading...