
Netanyahu: Bizi sınamayın, bədəli ağır olacaq!
Hətta koronavirus pandemiyası dövründə də İsraili sınamamaq lazımdır. Bunun bədəli ağır olacaq.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz İsrail dövlətinə və vətəndaşlarına qarşı heç bir hücuma səbr göstərməyəcəyik. Qəzza sektorunda terror qruplaşmalarına xəbərdarlıq edirəm: Hətta pandemiya dövründə bizi sınamayın!”, - deyə baş nazir bildirib.Axar.az