Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərliklə bağlı videoçarx hazırlandı
  • Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • 28 Haz 2020, 21:50   
        69



    Ərəb KİV-ləri erməni təxribatından yazdı

    Ərəb KİV-lərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibələri əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc olunub.

    XEBERTV.AZ xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Global News”, “Emirates Tourism”, “Me Business”, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi (UNA), Misir və Livanın “Əl-Ahd Əl-Duvali”, “Əl-Qimmah News”, “Əl-Diplomasy”, “Egypt News”, “Əl-Xabbar”, “Vasat Əl-Bələd”, “Kalemat Əl-Arab”, “Vol News” kimi digər ərəb və ingilisdilli xəbər agentlikləri, qəzet və internet resurslarında dərc edilmiş məqalələrdə ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yönəlmiş səyləri gücləndirmək zərurəti vurğulanıb.

    Məqalələrdə mövcud vəziyyətin inkişafı ilə əlaqədar olaraq Ermənistan tərəfindən törədilmiş son təxribatların Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarında tam qiymətləndirildiyi qeyd olunub.

    Münaqişənin nizamlanmamış statusunun regionda sülhə və təhlükəsizliyə təhdidin əsas mənbəyi olması, son hadisələrin erməni tərəfinin regionda vəziyyətin kəskinləşməsi, gərginlik yaradılması və iki ölkə arasında dövlət sərhədi və təmas xətti boyunca eskalasiya üçün bu cür hərbi təxribatlardan daim istifadə etməsi diqqətə çatdırılıb. Bununla yanaşı, vurğulanıb ki, danışıqlar prosesinin mahiyyəti Azərbaycan ərazilərinin işğaldan azad olunmasına və azərbaycanlı qaçqınların öz yurdlarına geri dönməsinin təmin edilməsinə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasına yönəlməlidir.

    Prezidentin köməkçisi müsahibələrində Ermənistanı üzvü olduğu hərbi-siyasi təşkilatları, digər üçüncü tərəfləri münaqişəyə cəlb etmək niyyətində olmaqda ittiham edib.

    Məqalələrin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə oxuculara qısa məlumat verilib.Axar.az
    loading...