Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • 16 Haz 2020, 09:11   
        82



    Türkiyədə “İstanbul Respublikası” planı... – Şok

    XEBERTV.AZ Axar.az -a istinadən Dünya Azərbaycanlıları Platformunun sədri, politoloq Samir İsgəndəroğlunun Aya Sofyanın məscid olması ilə bağlı verilən qərarla bağlı müsahibəsini təqdim edir:

    - Sizcə, Aya Sofyanın yenidən məscid statusu qazanması niyə birmənalı qarşılanmadı?

    - Xristian dünyası son zamanlar Aya Sofyanın yenidən kilsə kimi fəaliyyətə başlamasına nail olmağa çalışırdı. Hətta ötən günlərdə erməni din adamlarından biri Aya Sofyanın həm kilsə, həm də məscid kimi fəaliyyətə başlamasını təklif etmişdi. Türkiyə isə bu məsələdə ən böyük kartını oynadı. Reallıqda dünyanın qorxduğu 2 millət var: Böyük Bizans İmperiyasını qurmuş və tarix boyu elmi, filosofları ilə öyünən yunanlar və yunanlar da daxil olmaqla, bütün dünyayı lərzəyə salan türklər. Bu səbəbdən də hər iki millət arasında əsrlərdir qarşıdurma var.

    - Əvvəllər provaslav kilsəsi, daha sonra məscid, dünənə qədər muzey, bu gün isə yenidən müsəlmanların dini ibadətgah yerinə çevrilən Aya Sofya ilə bağlı söz-söhbətlər bununla başa çatacaqmı?

    - Düşünürəm ki, əsl məsələlər bundan sonra başlayacaq. Bu qərara bütün sahələrdə etirazlar olacaq. Aya Sofya ilə bağlı növbəti aylarda yeni təklif olacaq. Bu təklif Aya Sofyanın hər üç səmavi din üçün ibadətə açılması ilə bağlıdır. Yəni bir tərəfi məscid, bir tərəfi kilsə, bir tərəfi sinaqoq şəklində. Bunu da dünyada dinlərarası müharibənin bitirilməsinin nəticəsi, qardaşlığın və sülhün simvolu kimi təqdim edəcəklər. İstanbulu bütün xristian dünyası qanayan yara kimi görməkdədir. Hətta qarşıdakı zamanlarda daha da irəli gedərək, müəyyən qüvvələrin Türkiyə içində olan tərəfdaşları vasitəsi ilə İstanbula ayrı bir muxtar respublika kimi də müstəqillik verilməsini təklif edəcəklər. Tək İstanbulla kifayətlənməyərək, eyni zamanda İzmirə qarşı da bu iddialar var. Bildiyimiz kimi, İzmirdə də xristian dünyası üçün çox önəmli ibadət yerləri mövcuddur. Hətta İzmir bələdiyyə sədri "İzmirin ayrı bayrağı, pul vahidi olmalıdır" deyə təklif də səsləndirmişdi. Qısası, Aya Sofyanın məscid edilməsilə yeni proseslər meydana gəldi. Türkiyə və dünyada olan bəzi dini təriqətlərin və dindar şəxslərin inancına görə, növbəti illərdə Hz. Mehdi və Hz. İsa Aya Sofyada birlikdə ibadət edəcəklər. Müqəddəs xilaskarın İstanbuldan çıxacağı inancı da var.

    - Bəs Aya Sofya qərarı nə kimi siyasi mesajlar ötürür?

    - Aya Sofya qərarı Türkiyənin "biz islam dünyasını birləşdirəcəyik" mesajı ilə birlikdə, dinlərarası gizli müharibələrin açıq şəkildə elan edildiyi mesajını da ötürür. Eyni zamanda Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğana xalqın inam və sevgisinin artırılması mənası da daşıyır. Bu gün alqışlaya bilərik, amma Rahib Branson məsələsindəki kimi geri addım atılarsa, o zaman diplomatik olaraq böyük bir faciə hesab edilə bilər. Bu səbəbdən ilin sonuna qədər diplomatik alqışı birlikdə görəcəyik. Onu da qeyd edim ki, Türkiyəni 2021-ci il sonuna qədər çox ciddi şeylər gözləyir. Əgər bu sınaqdan uğurla çıxsa, o zaman Türkiyə böyük güc kimi öz sözünü demiş olacaq.

    - "Türkiyə bu qərarla İstanbulu yenidən fəth etdi" deyə bilərikmi?

    - Bəli, tam elə deyə bilərik. Bu qərarla Türkiyə İstanbulu yenidən fəth etdi və yeni fateh Rəcəp Tayyib Ərdoğan oldu. İndi əsas olan bu qərarın arxasında sonuna qədər dayanmaqdır. Bundan sonra İstanbulda hər an hər şey ola bilər. İstanbulla bağlı hər şeyə tam hazır olmaq lazımdır.

    - Sizcə, məscid dini ayinlərlə yanaşı, muzey kimi də ziyarətçilərin üzünə açıq olacaqmı? Bu addım turist ziyarətlərinə təsir edəcəkmi?

    - Təbii ki, dini ayinlərlə yanaşı ziyarət edənlərin də üzünə hər zaman açıq olacaq. Nəticə etibarilə ora Allahın evidir və heç kəs Allahın evini inananların üzünə bağlaya bilməz. Turistlər zatən Türkiyəyə gəldikləri zaman məscidləri ziyarət edə bilirlər. Türk insanı Allahın evini dini inancından asılı olmayaraq, heç kəsin üzünə bağlamaz. Türkiyə insanlarının bir sözü var: babalarımız İstanbulu və Aya Sofyanı qanları-canları bahasına alıblar. Elə bu səbəbdən bura bizimdir və burada ibadət etmək təbii haqqımızdır. Bu gün ermənilərin də dediyi bir söz var: "Qarabağ can-qan bahasına alınıb, sülh yolu ilə əsla geri verməyəcəyik. Əgər gücünüz çatırsa, buyurun, savaşla alın". Sonda fikrimi bir cümlə ilə tamamlamaq istərdim: "Torpaq uğrunda ölən varsa Vətəndir" və bu səbəbdən də torpaq onun uğrunda canından, qanından keçənlərin və keçməyə hazır olanların olur. Biz də buna hazırıq.
    loading...