Xəbər lenti
Axtar
04 Mar 2020, 08:41   
    496


BAKI-XEBERTV.AZ
Bəslədiyi küçə itləri qadını dişləyərək öldürdülər
Misir polisi 61 yaşlı britaniyalı Anna Consonun ölümünün təfərrüatlarını araşdırır.

“The Sun” xəbər verir ki, ev heyvanlarını sevən qadın ölkənin Dahab şəhərində küçə itləri üçün sığınacaq qurub.

A.Conson mütəmadi olaraq itlərə yem verirmiş.

Bir neçə gün öncə sığınacağın digər işçiləri qadının cəsədini it yemi ilə dolu olan torbanın yanında aşkar ediblər.

Qadının üzündə, boynunda və qollarında dişləmə izləri olub.

Polis hesab edir ki, qadının həyatına sığınacağın itləri son qoyub.oxu.az
loading...