Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi
  • Türkiyədə 91 illik rekord qırıldı: 1929-dan sonra ilk...
  • 17 Şub 2020, 19:53   
        264



    Həyat yoldaşlarını evə gələn hörmətli qonağa hədiyyə edən xalq haqqında ŞOK FAKTLAR - FOTO

    Xalqların yaşadığı coğrafiya, iqlim şəraiti, relyef təkcə onların qidalanma mədəniyyətini formalaşdırmır, eyni zamanda adət-ənənlərini, mədəniyyətlərini, inanclarını və gələcəyə baxışlarını formalaşdırır.

    XEBERTV.AZ ölkə.az-a istinadən xəbər verri ki, müasir dövrümüzdə belə xalqlar dünya xalqlarına inteqrasiya olunsa da, öz milli adət-ənənələrini, mədəniyyətlərini, inanclarını qoruyub saxlayırlar və gələcək nəsillərinə ötürməyə çalışırlar. Bir çox hallarda isə özlərini qorumaq üçün hələ də müasir həyat şəraitinə uyğunlaşmayaraq birgəyaşayışdan uzaq, tənha yaşamağa üstünlük verənlər də var. Belə xalqlardan biri də azsaylı xantı və mansilərdir.

    Bir zamanlar biz xantı və mansilərlə SSRİ adlı dövlətdə bir ölkənin tərkibində yaşamışıq. Xantı və mansilər fərqli dilə malik olsalar da, aborigen Sibir xalqlarındandır və onların bu ərazilərə haradasa 10 min il bundan öncə gəldiyi ehtimal olunur.

    Xantı və Mansilər haqqında bilmədiyimiz və bizlər üçün şokedici faktlar

    Fin-uqor dil qrupuna aid edilən xanti və mansilər Ob uqorları hesab olunurlar. Linqvistlərin fikrincə, xanti və mansilərə ən yaxın macarlar (Macarıstan macarları-red) hesab olunur . Çünki macarlar da xantı və mansilər kimi Ural dil ailəsinə aiddirlər.

    Mansilərə bəzən voqullar da deyilir və onlar əsasən Tundrada köçəri həyat sürərək, maral saxlamaqla və ovçuluqla məşğuldurlar. Mansilər ovçuluqla məşğul olsalar da, bu, onların əsas gəlir mənbəyi olmayıb.

    Xantılar isə əsasən Ob və İrtış çayı sahilində yaşayaraq ovçuluq və balıqçılıqla məşğul olublar. Xantılar çox gözəl balıqçı olmaqla yanaşı, həm də ovçudurlar. Xantıların bir qismi mansilər kimi maralçılıqla da məşğul olurlar.

    2010-cu ildə Rusiyanın həyata keçirdiyi siyahıyaalma zamanı 30 min civarında xantı, 12 min civarında mansilərin yaşadığı bəlli olub.

    İnancları

    Xantı və mansilər inanacalarına görə əsasən bütprəst şamanlardır.

    Onlar təbitəin ruhuna, heyvan totemlərinə və ağaclarına inanaraq, ona baş əyiblər.

    Bununla belə xantı və mansilərin bir qismi xristianlığı qəbul ediblər. Xristianlığı rəsmən qəbul edən Ob uqorları dünyagörüşlərinə görə, daha çox animizm, zoomorfizm və pravoslavlara daha yaxındır. Odur ki, Allah və ruhlara fərqli formada sitayiş edirlər. Bir çox hallarda xantı və mansilər müqəddəs pravoslav ikonaların dodaqlarını qurban kəsdiyi heyvanları qanı ilə rəngləyirlər. Onlar bunu bütpərəst tanrı kimi qəbul edirlər.

    Onlar Num-Torum adlandırdıqları tanrını ali Allah hesab edirlər. Xantı və mansilər konkret işdən ötəri Num-Toruma müraciət edirlər. Məsələn ov zamanı, xüsusən də Los ovlayarkən Yer tanrısı hesab etdikləri Kaltas-evkaya dua ediblər. Kaltas-evka həmçinin Allahana hesab olunur.

    Xantı və mansilər ayı öldürülərkən bayram edərlər

    Digər Sibir xalqları kimi xantı və mansilər də ayını öz əcdadları hesab edir. Buna baxmayaraq, dini inancları ayını öldürməyi, onun dərisini soymağı və ətini yeməyi qadağan etmir. Əksinə "tayqanın ağası" adlandırılan ayı ovlanması, dərisinin soyulması təntənəli bayram şənliyi ilə qeyd edirlər. Əgər ov dişi ayıdırsa, o zaman bayram 3 gün yox, 4 gün davam edir. Ayının dərisi soyulduqdan sonra başını qabaq pəncələri arasına qoyulur və ona toxunulmur. Öldürülən ayının burun və gözünə gümüş monetlər qoyur və boynuna ağcaqayından hazırlanan ağızlıq keçirirlər. Dişi ayının başına qadın yaylıqları atıb, onu müxtəlif bəzək əşyaları ilə bəzəyirlər. Hər evdə bir neçə ayı dərisi olub. Bayramlarda qonaqlara əsasən təzə ayı ətindən hazırlanan yeməklər təqdim olunur, mahnılar oxunur, rəqs edilir. Mıəzhəkəli səhnələr təşkil olunur. Artist, xüsusən də qadın rolunda kişilər çıxış edir.

    Qadınlarını başqası ilə dəyirlər

    Yurqa xalqlarında qadınların və qızlarının nikaha qədər bakirəliyinə nəzarət etmirlər. Bakirəliyi pozulan qızlara da pis baxılmır. Əgər qadın ərə gedən zaman dünyaya başqasından övlad gətiribsə, bu ona hər hansı maneçilik yaratmır. Əksinə bu yaxşı bir hal kimi hesab olunur. Yəni bu, qadının sağlam nəsil artırmaq qabiliyyətinə malik olduğunun göstəricisi hesab olunur.
    Bax, sonsuzluq xantı və mansilər üçün əsl faciədir. Əgər ailəli qadının ərindən övladı olmursa, hamilə qalmırsa və yaxudda sonsuzluq yaranırsa, o zaman kişiyə ikinci qadın almağa icazə verilir. İnanclarına əsasən çətin doğuş qadınlar ailələrinə vəfasızlıq və Allah tərəfindən cəzalandırılması kimi dəyərləndirilir. Onların düşüncəsinə görə, doğuş zamanı qeyri-rəsmi qadın, ədəbli qadından daha çətin və ağır formada doğuş həyata keçirir. Buna baxmayaraq, hər uşağın doğuşu sevinclə qarşılanır.

    Bu xalqların ən şokedici adəti isə evə gələn hörmətli qonağa öz həyat yoldaşalrını hədiyyə etmələridir. Bu, onlarda adi hal sayılır.

    Dişləri ilə maralı axtalayırlar


    Mansilər çox maral saxladığından, onların məşiətində maral əti, dərisi, buynuzundan çox məqsədlər üçün istifadə olunur. Bir çox hallarda hesablaşma zamanı maraldan da ödəniş vasitəsi kimi istifadə olunur. Böyük maral sürüsündə erkək maral çox olduğundan, aralarında savaşlar çıxmasın deyə, mansilər sürüdəki 3-4 erkək maraldan başqa bütün erkək maralları axtalayırlar. Digər tərəfdən axtalanmış erkək maral daha tez kökəlir. Maralı axtalayan zaman əllərində lazımi ləvazimat olmayanda mansilər cavan erkək maralları dişləri ilə dişləyərək axtlayırmışlar. Bu günkü günümüzdə də belə bir praktikadan istifadə olunur.

    Qeyri-adi yeməkləri

    Dünya xalqları öz yemək adətləri ilə digərlərini təccübləndirdiyi kimi, mansilər də digərlərini öz yemək ənənələri ilə təəccübləndirməyi bacarırlar. Məsələn mansilər maralın bağırsağı ilə birgə onun mədəsinin içindəkini də yeyirlər. Mansilər bunu delikates hesab edir və bunu "kanyıqa" adlandırırlar. Mansilərin düşüncəsində görə, maral faydalı bitkilər yeyir və onlar maralın mədəsində qarışaraq yaxşı bir şirəyə çevrilir. Mansilər maral mədəsindəki qarışığı insan orqanizmi üçün çox faydalı hesab edirlər.

    Xantı və mansilər digər Sibir xalqları kimi maral qanı içirlər. Bununla belə sümüyü əzib iliyini, çiy əti yeyirlər. Aborigen Yurqalılar çiyəti yeməyi, qan içməyi insan orqanizminin immunitetini gücləndirdiyini düşünürlər. Xüsusən də şaxtalı havalar zamanı...

    Qanlı qisas

    Qanlı qısas xantılar arasında da geniş yayılıb. Bir sıra hallarda qanlı qisas bir nəsil davam edir. Ölüm hadisəsinə görə öldürən xantı ailəsinin bir üzvü öldürülməlidir. Maraqlıdır ki, bu hal ayı ovu zamanı da tətbiq edilir. Belə ki, əgər bir xantı ayı ovuna gedərkən, ayı onu öldürübsə, mütləq digər ailə üzvü tayqaya gedib ayını tapıb öldüməlidir. Əks təqdirdə ayının öldürdüyü şəxsi yandırırlar və onun şərəfinə heç bir anım mərasimi, bayram təşkil olunmur.

    27 musiqi alətində ifa edən xalq





    loading...