Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 23 Kas 2019, 18:57   
        350



    Təhlükəsizlik qüvvələri Şirazda Qaşqay türklərinin evlərinə vəhşicəsinə hücum edib, yüzlərlə insanı saxlayıb
    23 Noyabr 2019 13:26 Təhlükəsizlik qüvvələri Şirazda Qaşqay türklərinin evlərinə vəhşicəsinə hücum edib, yüzlərlə insanı saxlayıb

    GünAz TV: Son günlər ərzində İranın repressiv təhlükəsizlik qüvvələri Şiraz şəhərində Qaşqay türklərinin evlərinə hücum edərək, yüzlərlə qaşqayı özləri ilə naməlum istiqamətə doğru aparıblar.



    Qaşqay Türklərinin İnsan Haqları Komitəsinin sədri Ruhullah Muradi Qaşqayinin sözlərinə görə, etirazların davam etdiyi vaxtdan, daha dəqiq desək, noyabrın 18-dən etibarən təhlükəsizlik qüvvələri Şirazın Sədra, Gülüstan, Gülşən, Qəsre Qomşe və Miyanrud kimi bölgələrində yaşayan qaşqayların evlərinə vəhşicəsinə hücum edərək, onlarla adamı həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.



    Qaşqay türklərinə məxsus “Qayi” adlı veb saytın yaydığı məlumatda isə son 3 gün ərzində təkcə Qəsre Qomşe bölgəsində 50-dən çox qaşqayın “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən saxlandığı deyilir.



    Aşağıdakı siyahı saytın tutulanlardan şəxsiyyətini müəyyənləşdirə bildiyi bəzi qaşqayların adlarını ehtiva edir:



    1) Qaşqayların ən böyük tayfalarından biri Əmələdən olan Vəhid Turabi. Noyabrın 18-i, gecə saat 3 radələrində “Sepah”ın Kəşfiyyat İdarəsi əməkdaşları Turabinin Qəsre Qomşedə yerləşən evinə hücum edib, onu bir müddət döydükdən sonra maşına mindirib, naməlum istiqamətdə aparıblar. Aldığı xəsarətlərdən onun sağ kürək sümüyü və iki dişi sınıb.

    2) Haşim Zarə: Vəhid Turabi bacısının həyat yoldaşıdır. O, təhlükəsizlik qüvvələrinin Vəhidin evinə hücumu zamanı onlarda olub və döyülərək həbs edilib.

    3) Kiyanuş Qardaşi Dariyuş oğlu (Əmələ tayfası üzvü)

    4) Kambiz Qardaşi

    5) Fərşad Miri (Kəşkülü tayfası üzvü)

    6) Həmid Reyhani

    7) Məcid Reyhani (Həmid Reyhaninin əkiz qardaşı)

    8) Bicən Kərəmi (Dərəşurlu tayfasının Qara Qanlı nəslinin üzvü): O, Gülüstan qəsəbəsində keçirilən etirazlar zamanı kürəyindən güllə ilə vurularaq həbs edilib.

    9) Bicən Kərəminin adı hələ ki, müəyyənləşdirilməmiş oğlu da atası ilə eyni zamanda saxlanılıb.

    10) Rəsul adında Qaşqay türkü

    11) Sadiq adında Qaşqay türkü



    İran rejiminin interneti kəsməsi və etirazların geniş miqyasda keçirilməsi səbəbindən hələlik ölən və yaralananlar, eləcə də həbs edilənlərin sayı və kimlikləri barədə dəqiq məlumat əldə etmək mümkün deyil.



    Ruhullah Muradi bir neçə gün öncə etirazlar zamanı azı 5 Qaşqay türkünün təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişdiyini demişdi.



    Amnesty İnternational 2 gün əvvəl yaydığı məlumatda etirazlar zamanı Şirazda azı 6 nəfərin, eləcə də qaşqayların üstünlük təşkil etdiyi Sədra qəsəbəsində də minimum 6 insanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü təsdiqləmişdi.
    loading...