Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ƏBƏDİ YAŞAR LİDER - HEYDƏR ƏLİYEV XATİRƏSİNƏ
  • Ulu öndərin vəfatından 16 il ötür
  • Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
  • TƏCİLİ:Yanğın Davam Edir:Ticarət Mərkəzi Kül Oldu
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyindən çağırış :
  • Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
  • Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür
  • Ağcabədililər öz millət vəkilərini seçir
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • Azərbaycan Albaniyaya humanitar yardım göstərib
  • AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
  • Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE
  • Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
  • 19 Kas 2019, 07:57   
        51



    İran məhkəməsindən azərbaycanlı qıza 7 il həbs və 74 şallaq cəzası


    Ali Məhkəmə, birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb.
    Asasmedya.info xəbər verir ki, İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb.

    Bu barədə Pərisa Rəfiinin anası Twitter səhifəsində məlumat paylaşıb.

    Bildirilir ki, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən (Əşədd-i mücazat) azərbaycanlı gənc qız barəsində verilən həbs cəzasının 5 ili icra olunacaq.

    Pərisa Rəfii bundan əvvəl birinci instansiya məhkəməsində 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Bundan əlavə, məhkəmə öyrəncinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum edib.

    Fəalın vəkili Səid Xəlili sentyabrın 25-də İnstaqram səhifəsində öyrəncinin məhkəmə işi barədə yazmışdır ki, birinci instansiya məhkəməsinin hökmü bütün iradlara baxmayaraq Apellyasiya Məhkəməsində təsdiqlənib.

    22 yaşlı öyrənci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamlarla üzləşib. O qeyd edilən ittihamlara görə toplam olaraq 7 il həbs cəzasına məhkum edilmişdir.

    Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır. O 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

    Azərbaycanlı qız saxlandığı müddətdə “bakirəlik testi” və edam edilmə ilə təhdid edilib, ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

    Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyətlərlə məşğul olub.



    Gunaz.tv
    loading...