Xəbər lenti
Axtar
03 Kas 2019, 23:01   
    236



Meksikalı rus döyüşçünü belə nokauta saldı - Video

Meksikalı boksçu Saul Alvares rusiyalı Sergey Kovalev üzərində parlaq qələbə qazanıb.

XEBERTV.AZ xəbər verir ki, S.Alvares 11-ci raundda ardıcıl yumruq zərbələri ilə Kovalevi nokauta salıb və hakim döyüşü dayandırıb.

Bununla da, rusiyalı yarım-orta ağır çəkidə dünya çempionu titulunu qoruya bilməyib.

Döyüşdən sonra Alvares tamaşaçılardan təmkinli olmağı, daha səssiz olmalarını xahiş edib. O, bunu zərbənin ağır olması ilə əlaqələndirib.

Qeyd edək ki, meksikalı hesabına 53 qələbə, bir məğlubiyyət və iki heç-heçə yazdırıb.Axar.az

loading...