Xəbər lenti
Axtar
03 Kas 2019, 22:58   
    254


Tramp qubernatoru sərt tənqid etdi

ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Gevin Nyusomu pis idarəetmədə ittiham edərək arası kəsilməyən yanğınlara görə onu tənqid edib.

XEBERTV.AZ Report -a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün Tvitter səhifəsində yazıb.

"Kaliforniyanın qubernatoru Gevin Nyusom meşə təsərrüfatının aparılması üzrə işi olduqca pis görüb. Birinci görüşümüzdə dedim ki, o, meşənin torpağının səthi təmizləməlidir, baxmayaraq ki, rəhbərlər ondan tələb edirlər - ekologiya uğrunda döyüşənlər… Hər il, nə vaxt ki, yanğınlar baş verir və Kaliforniya yanır, eyni (hadisələr-red) olur və o federal hakimiyyətə $$$ (qiymətinə -red) yardım hesabına (başa - red) gəlir. Kifayətdir", - deyə Tramp yazıb.

Qeyd edək ki, hər il Kaliforniya ərazisində güclü yanğınlar baş verir. Ərazidə tez-tez müşahidə edilən güclü külək yanğınların yayılmasına imkan yaradır.

Ştatdakı güclü meşə yanğınları nəticəsində ötən ilin noyabrında 86 nəfər həlak olub, təxminən 14 min ev dağılıb, habelə 528 ticarət binası və 4000-dən çox digər tikililər zərər çəkib.
loading...