Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • 13 Eki 2019, 20:22   
        88


    BAKI-XEBERTV.AZ
    Türkiyəyə qarşı QORXUNC PLAN İŞƏ DÜŞDÜ: anonsu 2 ay əvvəl verilmişdi

    “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusundan ağır zərbələr alan YPG/PKK terror təşkilatı İŞİD üzərindən Türkiyəyə qarşı təhlükəli oyun oynamağa başlayıb.

    Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terror təşkilatı Suriyanın şimalındakı Ayn İsa mahalında daha əvvəl ələ keçirdiyi İŞİD terrorçuları və ailə üzvlərinin saxlanıldığı düşərgəni yandıraraq onların qaçışını hazırlayıb.

    Bu haqda “Anadolu”ya düşərgədə çalışan və adının açıqlanmasını istəməyən bir mülki şəxs bildirib. O, düşərgəyə yönəlik hava zərbələri və ya bombardmanın olmadığını söyləyib. Yanğın səbəbiylə boşaldılan düşərgədə 5 minə yaxın insan var idi. Onlardan təxminən 2 min nəfəri İŞİD terrorçuları və ailə üzvləri idi. Digər 3 min nəfər isə Suriyanın müxtəlif bölgələrindəki qarşıdurmalardan qaçaraq Ayn İsaya sığınanmışdılar.



    Ayn İsa Türkiyə sərhədindən təxminən 35 kilometr uzaqlıqda yerləşir.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” əməliyyatından əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı terrordan təmizlənəcək ərazilərdə saxlanılan İŞİD-çilər və ailələrinə nəzarəti Türkiyənin üzərinə götürəcəyini bildirmişdi. Ekspertlərə görə, YPG/PKK “Sülh çeşməsi” əməliyyatının qarşısını almaq üçün İŞİD terrorçuları və ailələrini sərbəst buraxaraq Qərb dünyasını şantaj edir. YPG/PKK İŞİD terrorçularının bir hissəsini Rakka və Haseke həbsxanalarında saxlayır.

    Təşkilat mühasirəyə aldığı Rakkada İŞİD-çilərlə anlaşma əldə edərək onların əhəmiyyətli bir hissəsini Türkiyəyə sızmaq üzrə sərhəd xəttinə yönəltmişdi.

    Ekspertlərə görə, təşkilat İŞİD terrorçularını sərbəst buraxmaqla “Türkiyənin əməliyyatı İŞİD-in yenidən canlanmasına səbəb olacaq” görüntüsü yaratmağa çalışır. YPG/PKK Qərbin bu tezis üzərindən Türkiyəyə əməliyyatın dayandırılması üçün təzyiq göstərəcəyinə ümid edir.

    Suriyadakı vəziyyəti izləyən Suriya İnsan Haqları Müşahidəsi (SOHR) adlı qrupun daha əvvəl açıqladığı məlumata görə, İŞİD döyüşçülərinin arvadları və uşaqları da daxil olmaqla 100-ə yaxın insan Suriyanın şimalındakı düşərgələrdən qaçıb. Əsas hissəsini YPG/PKK terror təşkilatının təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) bundan əvvəl xəbərdarlıq edib ki, minlərlə İŞİD məhbusunu nəzarət altında saxlamaq artıq onlar üçün prioritet olmayacaq.

    Bir neçə gün əvvəl yayılan məlumata görə, ABŞ İŞİD rəhbərliyinə daxil olan 40 nəfəri Suriyadan çıxararaq nəzarətində olan digər yerlərə aparıb. Həmin İŞİD üzvləri Suriyanın şimalında YPG-nin həbsxanalarında saxlanıldı.ABŞ rəsmiləri bu addımı İŞİD üzvlərinin həbsxanadan qaçmasının qarşısını almaq üçün atdıqlarını iddia ediblər.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv ölkələrin xüsusi xidmət orqanları tərəfindən təmin olunan məlumatlara əsaslanaraq avqustun əvvəlində hazırladığı kritik bir hesabat isə İŞİD-dən Türkiyəyə qarşı istifadə oluna biləcəyi riskini ortaya çıxarır.

    Hesabatı hazırlayan müşahidəçilər, beynəlxalq terrorizmdə son dövrdə baş verən dayanmanın qısa müddət ərzində sona çata biləcəyini və yeni il öncəsi yeni hücum dalğasının mümkün ola biləcəyini bildirib. İngiltərənin “Guardian” qəzetinin xəbərinə görə, BMT müşahidəçiləri İŞİD sıralarında döyüşməyə gedən və sağ qalmış olan 30 min əcnəbi terrorçuya dair narahatlıqları gündəmə gətirib.

    Hesabatda İŞİD üzvlərinin Türkiyəyə qaçmağa çalışdıqları da qeyd olunub.
    loading...