Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 11 Eki 2019, 18:47   
        48



    Qaregin Njdeyə bəraət qazandırmağa çalışan Paşinyanı siyasi həyasızlıq etalonu adlandırmaq olar - Politoloq

    "Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyan bir daha qeyri-adekvatlığını nümayiş etdirdi. Paşinyan indi də faşizmin təbliğatçısı rolunda çıxış edir".

    XEBERTV.AZ xəbər verir ki, bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

    Onun sözlərinə görə, faşist Almaniyasının işğalçılıq siyasətinin aparıcı elementlərindən biri, Hilterin əlaltısı olmuş Qaregin Njdeyə bəraət qazandırmağa çalışan Paşinyanı siyasi həyasızlıq etalonu adlandırmaq olar:

    "Nikol Paşinyan sözügedən iclasda bildirib ki, Njde 1918-ci ildə erməni-türk müharibəsi zamanı türklərə qarşı mübarizə aparıb. Bu cür olsa belə, bu, Njdenin faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı vuruşmasına və minlərlə dinc insanların qətlə yetirilməsinə bəraət qazandırmır. Bunu dərk etmək iqtidarında olmayan Paşinyan bir az da irəli gedərək ötən əsrin 30-50-ci illərində onun repressiyalara məruz qaldığını və Vladimir həbsxanasında öldüyünü, onların hamısının xalq düşməni adlandırılmasının doğru olmadığını bildirib. Dar dünyagörüşlü Paşinyan olduqca uğursuz analogiya aparır. Çünki Njde 1948-ci ildə konkret olaraq törətdiyi hərbi cinayətlərə görə 25 illik həbs cəzası alıb".

    Politoloq ermənilərin Njdeyə bu günə qədər bəraət ala bilmədiklərini də xüsusi vurğulayıb. Qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı Ukrayna və Polşada dinc insanların kütləvi qətlində fəal iştirakına görə, SS rəhbərləri tərəfindən "nümunə" göstərilən Njdeyə bəraət qazandırmaq cəhdi bir daha sübut edir ki, Ermənistanın hazırkı rəhbəri bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir:

    "Tam əminliklə vurğulaya bilərəm ki, Paşinyanın 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 70/139 saylı "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə" adlı Qətnamənin mövcudluğundan belə xəbəri yoxdur. Qətnaməyə əsasən, Njde kimi terrorçu, faşist "qəhrəmanlara" abidə ucaltmaq qadağandır. Paşinyanın Njdeni uğursuz şəkildə dəstəkləməsi cəhdi bir daha sübut edir o, özü və Ermənistan üçün "saatlı bomba" olmaq missiyasını uğurla yerinə yetirir".
    loading...