Xəbər lenti
Axtar
03 Eyl 2019, 17:08   
    543


Rus qırıcısı Şimali Qafqazda qəzaya uğradı

Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25UB qırıcısı Şimali Qafqazda qəzaya uğrayıb.

XEBERTV.AZ xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

Təyyarənin 2 pilotu katapult etməyə müvəffəq olsa da, hazırda onların taleyinə dair məlumat yoxdur. Pilotların axtarışı üçün əraziyə helikopter göndərilib.

Rusiyanın Müdafiə Nazirliyi qırıcının Stavropol ərazisində qəzaya uğradığını təsdiqləyib.Axar.az
loading...