Xəbər lenti
Axtar
10 Ağu 2019, 07:36   
    580



Hindistanın cənubundakı musson qurbanlarının sayı 35-ə çatıb



Hindistanın cənubundakı Kerala əyalətində musson qurbanlarının sayı 35 nəfərə çatdı.

XEBERTV.AZ "Report"-a istinadən xəbər verir ki, bu barədə İndia Today məlumat yayıb.

Daha əvvəl 17 nəfərin öldüyü və 22 min vətəndaşın evakuasiya edildiyi bildirildi.

Nəşrin məlumatına görə, bu dəfə 27 nəfər yaralanıb, 7 nəfərin itkin düşüb. Bundan əlavə, 40 nəfər böyük torpaq sürüşməsi nəticəsində yaranan dağıntıların altına düşə bilər.

Coçin beynəlxalq hava limanının uçuşları bazar gününə qədər təxirə salınıb. Leysan yağışlar səbəbindən əyalətdə 19 qatarın reysi ləğv edilib.

Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb.
loading...