
BAKI-XEBERTV.AZ
SON DƏQİQƏ: ABŞ-ın daha bir şəhəri qana boyandı - Dünya ŞOKDA
ABŞ-da növbəti atışma baş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, polisə istinadən NBC telekanalının yerli bölməsinin məlumatına görə, Çikaqo şəhərində parkda naməlum şəxslərin açdığı atəş nəticəsində 7 nəfər zərər çəkib.
Xatırladaq ki, ötən gün ABŞ-ın El Paso şəhərində Sielo Vista ticarət mərkəzində 21 yaşlı gənc insanlara atəş açıb. Nəticədə 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Daha bir atışma isə ABŞ-ın Deyton şəhərində baş verib və atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.