Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 10 Haz 2019, 21:59   
        47


    İran həbsxanasından 11 min məhkumu qaçıran, Buşu prezidentlikdən məhrum edən milyarder…



    ABŞ tarixinin ən qaranlıq və eyni zamanda ən parlaq simalarından biri – Ross Pero 89 yaşında vəfat edib
    Dünən milyarder və xeyriyyəçi, ABŞ prezidentliyinə 2 dəfə namizədliyini irəli sürmüş Ross Pero vəfat edib.

    XEBERTV.AZ Musavat.com-a istinadən xəbər verir ki, biznesmen Dallasda (Texas ştatı), öz evində, ailə üzvlərinin yanında canını tapşırıb.

    Ross Pero ilə bağlı yadda qalan ən ciddi hadisə onun 1992-ci ildəki prezident seçkilərində müstəqil namizəd olaraq 19% səs toplamasıdır. Məhz bu, demokrat prezident Corc Buşun məğlubiyyətinə və Billi Klintonun prezidentliyinə yol açmışdı.

    Bir çoxlarının fikrincə, Ross Peroya həmin vaxt seçki kampaniyasında tətbiq etdiyi metodlar uğur qazandırıb. Məsələn, Peronun prezident olduğu təqdirdə kortejini qırmızı işıqda saxlayacağını bildirməsi ona xeyli xal gətirmişdi.

    Siyasi ekspertlər Ross Peronun seçki taktikasının Donald Tramp tərəfindən çox gözəl təkrarlandığını bildirirlər.

    “Kim bilir, əgər 1992-ci ildə sosial şəbəkələr olsaydı, seçkinin nəticələri necə bitərdi”, – deyə Medium.com saytı sual edir.

    Ross Pero böyük böhran zamanında, kasıb ailədə dünyaya gəlib. Gənclik çağlarında o, İBM şirkətində çalışıb. 1962-ci ildə isə o, EDS (Electronic Data Systems) şirkətini qurub. 1984-cü ildə gələcək milyarder həmin şirkəti 2,5 milyard dollara “General Motors” şirkətinə satıb.

    1988-ci ildə Ross Pero “Perot Systems” adlı, informasiya-texnologiya infrastrukturlarının qurulması ilə məşğul olan yeni şirkəti təsis edib. 2009-cu ildə bacarıqlı iş adamı həmin firmanı “Dell” korporasiyası tərəfindən 3,9 milyar dollara satın alınıb.

    Lakin Ross Peroya əsl şöhrət gətirən onun uğurlu biznes karyerası deyil, daha çox Hollivud filmlərindəki ssenarilərini xatırladan siyasi macəralarıdır.

    1970-ci illərin ikinci yarısında Ross Peronun “EDS” şirkəti beynəlxalq bazara açılır. 1976-cı ildə R.Pero Səudiyyə Ərəbistanı kralı ilə anlaşma imzalayır.

    Daha sonra EDS 1978-ci dilə İranda şah rejimi ilə 41 milyonluq saziş imzalamağı bacarır. Burada baş verən İslam inqilabı amerikalı biznesmeni bu ölkədəki işlərini dayandırmağa məcbur edir. Lakin həmin vaxt onun çalışanları İrandan çıxa bilmir və onlar ölkə həbsxanasında qalırlar.

    Ross Pero dəfələrlə hökumətdən onların azad edilməsini xahiş etsə də, buna nail ola bilmir. Nəticədə əməkdaşlarını darda buraxmayan milyarder iş adamı radikal qərar qəbul edərək, bununla özü məşğul olmaq qərarına gəlir.

    Bunun üçün o, istefada olan polkovnik Artur Saymonsun rəhbərliyi altında xüsusi təyinatlılardan ibarət özəl dəstə qurur. Sonuncunun R.Pero üçün əvvələr də riskli vəzifələr icra etdiyi bilinirmiş. A.Saymonsun əsas vəzifəsi Vyetnamda itkin düşən hərbçilərin tapılıb, ölkəyə qaçırılmasından ibarətmiş.

    Milyarder təhlükəyə rəğmən həmin dəstə ilə İrana özü gedir. Hökumət əleyhinə olan nümayişlərdən istifadə edərək (bəzilərinin fikrincə, onu təşkil edərək) Peronun mütəxəssiləri kütləni həbsxanaya yönləndirməyə müvəffəq olur.

    Nəticədə xüsusi təyinatlılar qarışıqlıqdan istifadə edərək, EDS əməkdaşlarını və 11 min məhkumu azad edirlər. Beləliklə, Ross Pero dünya tarixinin ən böyük həbsxana qaçışlarından birini təşkil etmiş olur. Milyarder əməkdaşlarını əvvəlcə Türkiyəyə keçrib, daha sonra ABŞ-a gətirib.

    Bütün bunlar Ross Peroya vətənində böyük şöhrət qazandırır. Bununla da Ross Pero qarşısına qoyduğu məqsəd uğrunda heç bir şeydən çəkinməyən adam imicini qazanır. Rəqibləri isə həmişə onu öz kəşfiyyat xidmətini və hətta güc strukturunu qurmaqda ittiham ediblər.
    loading...