Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 09 Haz 2019, 22:01   
        55

    Gülnarə Kərimovanın qəsrləri hərraca çıxarıldı


    Fransa hakimiyyəti Gülnarə Kərimovanın əmlakının satışından əldə olunmuş pulları Özbəkistana təhvil verəcək.
    XEBERTV.AZ Virtualaz.org -a istinadən xəbər verir ki, bu məlumatı RFI yayıb. Söhbət üç obyektdən gedir – bunlar Parisdəki mənzil, Sen-Trope rayonundakı villa və Parisin kənarında yerləşən qəsrdir. Sözügedən əmlakların hamısı “daşınmaz əmlakın idarə edilməsi üzrə şirkət”in adına qeydiyyatdan keçirilib. Fransız müstəntiqlər müəyyənləşdiriblər ki, bu obyektlər xarici telekommunikasiya şirkətlərinin Özbəkistan bazarına daxil olmaq üçün ödədikləri “korrupsiya” pulları hesabına əldə edilib.

    Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimoivanın Fransadakı əmlakı haqqında yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay sürən danışıqlar tələb olunub. Məsələ Bayetonun məhkəmə müstəntiqi Serj Turnerlə birgə Özbəkistan paytaxtına səfərindən sonra həllini tapıb. Özbəkistan hakimiyyəti ilə görüşlərdə digər məsələlərlə yanaşı, pulların geri qaytarılması üçün hansı hüquqi yolun seçiləcəyi də müzakirə edilib.

    “Özbəkistanda verilmiş məhkəmə qərarlarının tanınması kimi daha mürəkkəb yolla da getmək olardı. Amma elə də etmək olardı ki, Özbəkistan dövləti özünü zərərçəkmiş kimi elan etməyə razılıq versin və mülki iddiaçı olsun. Məhz bu proseduru da seçdik”, – RFI-yə müsahibəsində Özbəkistanın maraqlarını müdafiə edən vəkil Stefan Sekkaldi deyib.

    Nəticədə, iyunun 26-da şirkət nümayəndələri fiqurantları məhkəmə istintaqından azad edən “əvvəlcədən təqsirin etiraf edilməsi” proseduru üzrə fransız müstəntiqlərlə sövdələşməyə gediblər. Bu prosedur üzrə apellyasiya müddəti iyulun 9-da bitib. Bu isə o deməkdir ki, hər üç daşınmaz əmlak obyekti müsadirə edilmiş hesab olunur.

    Özbəkistanın Fransa hakimiyyətindən alacağı yekun məbləğ hələlik məlum deyil. Kərimovanın Parisdəki mənzili hələ yaz aylarında hərracda 14 milyon avroya – alış qiymətindən iki dəfədən də çox ucuza satılıb. “Kərimovanın vəsaitləri”nin bir hissəsi – 2 milyon avro – istintaq xərclərinin kompensasiyası kimi ödəniləcək.

    Bayeto və Turnerin sözlərinə görə, qanunsuz yolla əldə olunmuş gəlirlərin müsadirəsi qərarı Fransada ilk dəfədir ki, qəbul edilir. RFI bunu “tarixi presedent” adlandırıb.

    Fransada Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimova barəsində istintaq 2014-cü ildə başlanıb. Bundan az öncə İsveçrənin hüquq-mühafizə orqanları fransalı həmkarlarına “cinayətkar dəstə tərkibində pulların yuyulması” haqqında iş üzrə sorğu göndərmişdilər. Elə həmin ilin sentyabr ayının 5-də Turner Kərimovanın adı ilə bağlı olan üç əmlakın üzərinə həbs qoymuşdu. Fransa KİV-lərinin məlumatına görə, Parisdəki mınzil 31 milyon avroya, villa 2,4 milyon avroya, qəsr isə 28 milyon avroya alınıb.
    loading...