
İki ailənin torpaq davası qanla bitdi: 6 nəfər öldürüldü
Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.
XEBERTV.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.