Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 11 Mrt 2019, 07:38   
        78
    Efiopiyada təyyarə qəzasında 19 BMT əməkdaşı ölüb - YENİLƏNİB
    BAKI-XEBERTV.AZ
    Efiopiyada təyyarə qəzasında 19 BMT əməkdaşı ölüb - YENİLƏNİB
    Efiopiya hava yollarına məxsus təyyarənin qəzaya düşməsi nəticəsində azı 19 BMT əməkdaşı ölüb.

    Bu barədə RİA Novosti agentliyi təşkilatdakı mənbəsinə istinadən məlumat yayıb.

    Daha əvvəl sərnişinlərdən birinin BMT pasportuna sahib olduğu açıqlanmışdı.

    Xatırladaq ki, sərnişin təyyarəsi radardan itərək uçuşdan 6 dəqiqə sonra qəzaya düşüb.

    Martın 11-i Efiopiyada matəm günü elan edilib.

    20:31

    Xəbər verdiyimiz kimi bu gün, Efiopiya paytaxtından Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

    "Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.

    RİA Novosti xəbər verir ki, qəzada ölənlər arasında slovakiyalı siyasətçi Anton Qrnkonun həyat yoldaşı, qızı və oğlu da olub. Ölənlər arasında İtaliyanın Siciliya əyalətinin naziri də var.

    Şirkət rəhbəri Tevald Gebremariam bildirib ki, qəzadan öncə pilot nasazlıq olduğuna görə enişə icazə istəyib və razılıq alıb.

    “Ethiopian Airlines” aviaşirkətinin məlumatına görə təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub. 35 dövlətin vətəndaşı bu fəlakətdə həlak olub. Onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin vətəndaşları olublar.

    Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub.

    Təyyarədə Azərbaycan vətəndaşı olmayıb.

    Mövzu ilə əlaqədar
    loading...