Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 25 Oca 2019, 08:30   
        264
    Venesuela tarixçəsi: Maduroya qarşı üsyanın səbəbləri

    Venesuela tarixçəsi: Maduroya qarşı üsyanın səbəbləri

    Venesuela yaxın illərə qədər demokratik ölkə idi, ən azı seçkilər normal keçirilirdi.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ümumiyyətlə, bütün Latın Amerikasında parlamentarizm ilk dəfə, 1811-ci ildə məhz Venesuelada təşəkkül tapıb:

    “Nikolas Maduro özünün ilk seçkisində, 2013-cü ildə 50,7% səslə qalib gəlib. İndiki parlament - Milli Assambleya 2015-ci ilin dekabr seçkilərində formalaşıb və müxalifət bloku ("Demokratik birliyin dəyirmi masası") 164 yerdən 109-nu əldə edib. Maduro parlamentin qəbul etdiyi qanunları yerinə yetirməkdən imtina edib, hansı ki, bu, açıq Konstitusiya pozuntusu idi. Nəticədə ölkədə siyasi böhran və ikitirəlik başlayıb".

    Politoloq vurğulayıb ki, neftin qiyməti aşağı düşdükdən sonra ölkə ağır iqtisadi böhran girdabına yuvarlanıb və xalq arasında dəstəyini itirən Maduro avtoritar rejim qurmağa başlayıb:

    "Parlament 2016-cı ilin oktyabrına Maduroya etimad referendumu təyin edib, lakin hökumətə bağlı olan seçki qurumu referendumu təşkil etməyib. 2017-ci ilin yanvarında parlament Maduronu impiçment edib, prezidentə yaxın Ali Məhkəmə isə bu qərarı qanunsuz sayıb. Maduro 2017-ci ilin mayında Konstitusiya Assambleyası adlı yeni orqan təsis edib və iyunda bu quruma seçki keçirib. Milli Assambleya bu orqanı anti-konstitusion sayıb və müxalifət partiyaları seçkiləri boykot ediblər. Nəticədə KA-ya yalnız Maduronu dəstəkləyən partiyaların nümayəndələri seçilib, daha doğrusu, təyin olunub. Qərb dövlətləri və əksər Latın Amerikası ölkələri KA-nı tanımayıb. KA 2017-ci ilin avqustunda MA-nı buraxıb və parlamentin funksiyalarını öz üzərinə götürüb. Təbii ki, MA bu qərarı rədd edib və indiyə kimi fəaliyyətini davam etdirir".

    Politoloq qeyd edib ki, Maduro 2018-ci ilin mayında prezident seçkisi keçirib:

    "Əsas müxalif qüvvələr seçkini boykot edib və Maduro 67,8% səslə qalib elan olunub. MA və onu dəstəkləyən dünya ölkələri seçkini tanımayıblar. Nüfuzunun pik vaxtında və ölkədə vəziyyətin nisbətən yaxşı olduğu dövrdə 50%-dən bir qədər artıq səs alan Maduronun ölkə aclıq və səfalətə sürükləndikdən sonra böyük xalq dəstəyi ilə seçilməsi yəqin ki, heç kimə inandırıcı görünmür. Maduro bu il yanvarın 10-da and içərək ikinci prezidentlik müddətinə başladığını elan edib. MA isə onun səlahiyyət müddətini bitmiş sayıb və səlahiyyətlərin öz sədrinə keçdiyini elan edərək yeni seçkilərin keçirilməsini zəruri sayıb. Venesuelada yaşananların qısa tarixçəsi belədir".
    loading...