
Paytaxta gedən qatarlar toqquşdu: ölən və yaralanalar var - Video
Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı “Mountayn Viu” stansiyasında iki sərnişin qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 600-dən çoxu isə xəsarət alıb.
XEBERTV.AZ xəbər verir ki, yaralananların xəstəxanalara yerləşdirildiyi bildirilib.
Yerli dəmir yolu operatoru “Metroreil” hər iki qatarın paytaxt istiqamətində hərəkət etdiyi barədə məlumat yayıb.
Ölkə prezidenti Kiril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib.
Axar.az