
BAKI-XEBERTV.AZ
Fransanın paytaxtı Paris şəhərində benzin və digər yanacaq növlərinin qiymətinin bahalaşmasına etirazlar səngimir.
Parisdə nümayişçilər və polislər arasında gərgin anlar yaşanıb.
Etiraz aksiyalarına Parisdə 8, bütün ölkədə isə 23 min insan qatılaraq “Sarı jiletlər” hərəkatı ilə həmrəylik nümayiş etdiriblər. Polis Parisdə yanğınlar törədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Bir həftədir davam edən nümayişlər zamanı 2 nəfər ölüb, 136 təhlükəsizlik işçisi və 756 nəfər yaralanıb, 693 nəfər saxlanılıb.(publika.az)