
İndoneziyada dəhşət: 39 ölü, 10-larla yaralı
İndoneziyanın Lombok adasında 6,8 bal gücündə zəlzələ baş verib.
XEBERTV.AZ xəbər verir ki, zəlzələnin ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Hadisə nəticəsində dağıntılar, yaralananlar və Sunami təhlükəsi barədə məlumat verilməyib.
***
İlkin məlumatlara əsasən, hadisə nəticəsində 16 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
***
İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan yaralanıb. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan edilib.
Axar.az