Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 19 Haz 2018, 05:01   
        281
    Amerikalılar texnikanı fikrin gücü ilə idarə edəcək


    Amerikalılar texnikanı fikrin gücü ilə idarə edəcək

    ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) "N3" proqramı çərçivəsində neyron interfeysinin hazırlanması ilə məşğul olacaq qrup toplayır. Proqramın məqsədi hərbçilərə informasiyanın beyin dalğaları vasitəsilə göndərilməsinə və qəbuluna imkan verəcək sistemlərin yaradılmasından ibarətdir.

    XEBERTV.AZ Axar.az -a istinadən bildirir ki, "DARPA" ABŞ Silahlı Qüvvələrinə dünyanın digər orduları üzərində üstünlük qazanmağa imkan verən və hərbi sahədə tətbiq edilən qabaqcıl tədqiqatların dəstəklənməsi ilə məşğul olur. Pentaqon "N3" proqramı vasitəsilə insanlara fikrin gücü ilə robotları idarə etməyə və cavab almağa imkan verəcək sistem hazırlamaq niyyətindədir.

    Sistemin hazırlanma prosesi 4 il təşkil edəcək və bir neçə mərhələdə onun effektivliyi, təhlükəsizliyi və imkanları müəyyənləşdiriləcək.

    Bildirilir ki, nəticədə ABŞ hərbçiləri düşüncənin gücü ilə dronları, təhlükəsizlik sistemlərini və digər texnologiyaları idarə edə biləcəklər.

    Agentlik mütəxəssisləri ümid edir ki, bu, ya bədəndən kənar, ya da burun vasitəsilə udmağa, yeritməyə və ya çıxarmağa imkan verəcək qurğu kimi həyata keçiriləcək.

    "DARPА" biotexnologiyalar proqramının rəhbəri El Emondi bildirib ki, beyin mahiyyət etibarilə ətraf dünya ilə əlaqə üçün alət rolunu oynayacaq. "Təkliflərin təqdim edilməsi üçün müsabiqə 2018-ci ilin martında elan edilib, indi isə agentlik belə sistemi praktik yarada biləcək qruplar seçməyə hazırlaşır. "DARPA" "N3" proqramını informasiyanı eyni anda beyinin bir neçə nöqtəsində həm oxuyan, həm də yazan təhlükəsiz portativ neyron interfeys sistemi üçün yaradıb. Yüksək dəqiqliyə malik qeyri-cərrahi neyrotexnologiyanı əldə etmək çətin idi, lakin biotibb mühəndisliyi, neyroelm, sintetik biologiya və nanotexnologiyalar sahəsində bu yaxınlarda qazanılan uğurlar bizə ona nail olmağa imkan verəcək", - o əlavə edib.
    loading...