Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • 09 Haz 2018, 15:17   
        662
     Qəddafinin gizli fobiyaları- Lift, vertalyot və başqa qorxularının səbəbi

    Qəddafinin gizli fobiyaları- Lift, vertalyot və başqa qorxularının səbəbi




    2011-ci ildə xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafi barəsində şayiə, rəvayətlər bitmək bilmir. Bunun bir səbəbi də sabiq diktatorun özü olub. Gəncliyindən ta ölümünə qədər dövləti idarə edən Qəddafi özü haqqında çox bilgiləri gizli saxlayıb. Hətta doğma ailə üzvəri belə onun kimliyi, uşaqlığı barəsində çox az nələrisə biliblər.

    Lakin elə məsələlər var idi ki, onlar həm Muəmmarın ailəsinə, yaxın çevrəsinə, həm də qorumalarına da məlum idi. O, özünü bir çox məqamları ilə gizli saxlaya bildi. Bəlkə də ən yaxın adamı belə Qəddafinin nə qədər sərvəti olduğundan xəbərsiz idi. Amma fobiyalarını hamı bilirdi:

    Moderator.az uzun müddət Liviyaya rəhbərlik edən Qəddafinin fobiyalarından bir neçəsini təqdim edir:

    1.Yaşlanmaq qorxusu – O, 1942-ci ildə anadan olub. Cəmi 27 yaşında olarkən, çevriliş nəticəsində hakimiyyətə gəlib. Gənc ikən əlində böyük səlahiyyət cəmləyən Muəmmar bəlkə də hər zaman özünü həmin 27 yaşlı insan kimi görməyə çalışıb. Lakin insan bioloji varlıqdır və həyatın da öz qanunauyğunluqları var. Liviyaya 30 ildən çox başçılıq edən Qəddafi də qocalmaya bilməzdi. Amma hər zaman buna qarşı çıxmağa çalışıb. Deyilənlərə görə, o, bundan ötrü estetik cərrahiyədən də çəkinməyib. Qəddafi öləndən sonra bu əməliyyatları aparan həkimlərin dedikləri də faktı bir daha təsdiqləyir. 2011-ci ildə linç edilən Qəddafinin üz cizgilərində də bu sevdanın nişanələrini sezmək olar;

    2.Su üzərində hərəkət – Avropa mediasında yazılanlara inansaq, o, su üzərində hava nəqliyyatı–təyyarə, vertalyot-ilə uçmaqdan çox qorxarmış. Ayrı-ayrı ölkələrə gedən Muəmmarın bu fobiyası yaxın çevrəsi və mühafizəçilərinə də məlum idi. Lakin bu,bəzən qaçılmaz olurdu. Uzaq Liviyadan hansısa Avropa, Asiya ölkəsinə gedərkən okean, dənizlər üzərindən də keçməli olurdular. Bu zaman isə Qəddafinin ovqatı heç də yaxşı olmurdu.

    3.Qapalı məkan və lift qorxusu – Çox maraqlıdır, öz zəhmi ilə ətrafındakı insanları qorxu altında saxlayan Qəddafi qapalı məkanlardan, xüsusilə də liftdən çox qorxarmış. Onun liftdən ümumiyyətlə, istifadə etmədiyi deyilir. Bu, bir rəhbər üçün nə qədər inandırıcı görünməyən fakt olsa da, qeyri-adi xarakterə malik Qəddafinin ömrü boyu liftdən imtinası mümkün sayıla bilər.

    O, tək lift yox, başqa qapalı məkanlarda da tək başına qalmaqdan çəkinərmiş. Halbuki, əksər vaxtlarda tək qalmağa üstünlük verən, demək olar ki, əksər adamla ünsiyyət qurmayan Qəddafi, başqa ölkələrə gedəndə də çadırında tək-tənha qalarmış.

    4.Hündürlük qorxusu – Qəddafinin hündür yerlərə qarşı da ciddi fobiyası olduğu deyilir. Bu, bütün insanların yaşaya biləcəyi bir psixoloji hadisədir. Yəni, kimin rəhbər, kimin isə sıravi insan olmasına baxmaz. Odur ki, bu fobiyanın səbəbləri və təfərrüatları üzərində çox dayanmırıq;

    5. Sağlamlıq qorxusu – Deyilənlərə görə, daha doğrusu, Avropa, Rusiya və Türkiyə mətbuatında Qəddafi haqqında yazılanlara əsasən, o, sağlamlığına qarşı çox həssas olub. Bütün ömrü gərgin idarəetmə işlərində keçib. Bu, onun səhhətinə də müəyyən təsirini göstərmişdi. Odur ki, orqanizminə çox həssas yanaşır, sarışın avropalı tibb bacısını heç zaman yanından ayırmırmış.
    loading...