Xəbər lenti
Axtar
08 Haz 2018, 08:26   
    804
Türkiyədə dəhşətli qatar qəzasının səbəbi bilindi - Foto
Türkiyədə dəhşətli qatar qəzasının səbəbi bilindi - Foto


Türkiyənin Kapıkule-İstanbul dəmir yolu xəttində sərnişin qatarının bir vaqonu aşıb.

XEBERTV.AZ xəbər verir ki, Təkirdağın Çorlu mahalının Sarılar səmtində baş verən hadisə nəticəsində ölən, yaxud yaralananların olub-olmaması barədə məlumat verilmir.

Vaqonun hansı səbəbdən relsdən çıxdığı bəlli deyil.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

***

Məlumata görə, qatarın 1 deyil, 5 vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilsə də, sayla bağlı dəqiq məlumat yoxdur.

Üstəlik, qəzanın baş verdiyi ərazinin palçıqlı olması təcili yardım maşınlarının işini xeyli çətinləşdirib.

Əraziyə helikopterlərin göndərildiyi bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq olayla bağlı məlumat alıb.

***

"Star" qəzetinin yaydığı məlumata görə, qəzada 10 sərnişin ölüb, 73-ü isə yaralanıb.

***

Türkiyə hökuməti ərazidə torpaq sürüşməsinin baş verməsi səbəbindən qəzanın meydana gəldiyini bəyan edib.

Türkiyədə dəhşətli qatar qəzasının səbəbi bilindi - Foto
Türkiyədə dəhşətli qatar qəzasının səbəbi bilindi - Foto
Türkiyədə dəhşətli qatar qəzasının səbəbi bilindi - Foto

Axar.az
loading...