
NATO-nun şok planı: 30 gündə 30 min əsgər...
NATO 30 gün ərzində hərəkətə keçməyə hazır 30 min əsgərdən ibarət birlik yaratmağı planlaşdırır.
XEBERTV.AZ xəbər verir ki, bu iddia ilə Almaniyanın "Velt am Zontaq” qəzeti çıxış edib. Qəzet NATO diplomatlarına istinad etdiyi xəbərdə ittifaqın Rusiyanın hücumlarına qarşı hazırlıq gördüyü, böhran vəziyyətində hərəkətə keçmək üçün qüvvə topladığı, eyni zamanda birliyin yüzlərlə hərbi təyyarə və gəmilərlə təchiz ediləcəyini yazıb.
NATO ölkələrinin müdafiə nazirlərinin iştirak edəcəyi Brüssel iclasında mövzunun müzakirə ediləcəyi və iyulun ortalarında bu barədə açıqlama veriləcəyi də xəbərdə qeyd olunub.Axar.az