Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 02 May 2018, 08:06   
        1 315
    Türkiyə ordusu İraqa girdi – Ermənistanadək keçid xətti olan çox mühüm bölgə ələ keçirildi

    Türk Silahlı Quvvələri (TSQ) Şimali İraqda PKK terrorçularına qarşı həyata keçridiy əməliyyat nəticəsində bu ölkənin sərhədlərinin daxilinə 22 km girib.

    XEBERTV.AZ Avropa.info-ya istinadən xəbər verir ki, TSQ İraqın şimalındakı Hakurk, Bermize, Kalareş və Sidekan bölgələrini ələ keçirib.

    Türk ordusu bölgənin terrorçulardan təmizlənməsi ən mürəkkəb olan Bradost əyalətini də tam nəzarətə götürüb.

    Türkiyə mətbuatının məlumatına görə, Bradost əyaləti Türkiyənin Şəmdinli tərəfdən Hakkarı, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan və Ermənistanadək bir keçid xətti rolunu oynayırdı.

    Bradostun nəzarətə götürülməsi terrorçuların Türkiyənin bu əyalətlərinə keçidinin qarşısını alacaq. TSQ-nin həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın üzdə olan 14 siması ərazini tərk edərək Qəndilə qaçıb.

    Bundan əlavə, 2 minədək terrorçu Türkiyə sərhəddini keçə bilməyərək, Qəndilə dönüb. Ərazidə ələ keçirilən bazalar boşaldılıb. Hazırda kiçik qrup halında olan terrorçular Türkiyə ordusuna qarşı müqavimət göstərir.

    Qeyd edək ki, Barazgir vadisinin nəzarətə götürülməsi ilə PKK terrorçularının şimala doğru hərəkətinə imkan verilməyəcək . Bu vadi eyni zamanda, terrorçuların Suriyadakı Sincar bölgəsinə doğru hərəkət yolu hesab olunur.

    Xəbər verilir ki, növbəti mərhələdə bu ərazidən Qəndilə doğru əməliyyatların hazırlanması və koordinasiyası həyata keçiriləcək. Qəndilə planlaşdırılan əməliyyatla bağlı Türk Silahı Qüvvələrin komandanlığı İranın Silahlı Qüvvələri rəhbərləri ilə 4 görüş keçirib və danışqılarda Qəndilin İranla sərhəddindəki yaşayış məntəqlərinin bir neçəsinin boşaldılması planlaşdırılır. Bu əməliyyat zamanı İran ordusu da Türkiyəyə dəstək verəcək.
    loading...