
Suriyadan sərt açıqlama: İsrailə qarşılıq veriləcək
Suriya suveren bir ölkədir və xaricdən torpaqlarımıza edilən hər cür hücum təcavüz kimi qəbul edilir.
XEBERTV.AZ xəbər verir ki, bunu Suriyanın Moskvadakı səfiri Riyad Xaddad İsrailin Suriyadakı İran hədəflərinə havadan zərbələr endirməsi barədə danışarkən deyib. O, ölkəsinin xarici hücumlara qarşı cavab zərbəsi endirəcəyini söyləyib:
"Hava müdafiə sistemlərimiz də daxil olmaqla, ordularımız Suriyanın səmalarını və torpaqlarını müdafiə edir. Suriya torpaqlarına qarşı edilən bütün hücumlara qarşılıq verəcəyik".
Qeyd edək ki, 10 mayda İsrail Suriya ərazisində İrana aid Qüds Briqadasının Qolan təpələrinə 20 raket atdığı haqqında məlumat yayıb. Məlumat sonradan Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. İsrail raketlərin hamısının Dəmir Günbəz vasitəsilə məhv edildiyini, buna cavab olaraq Suriyadakı İran obyektlərinə 28 qırıcının iştirakı ilə son illərin ən böyük əməliyyatının keçirildiyini açıqlayıb. Əməliyyat zamanı İrana aid 35 hərbi obyektin vurulduğu bildirilmişdi.Axar.az