Xəbər lenti
23 May 2018, 16:33
...
Axtar
Ən çox oxunan
  • Vəliəhddən inanılmaz qərar: Bu borclarını özü ödəyəcək
  • Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”
  • Dünya bunu da GÖRƏCƏK: 30 yaşa qədər…
  • Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR – Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR
  • Gecəni qəribə səslər gələn tuneldə keçirdi və... - Video
  • "Viaqra"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə
  • Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
  • Prezidentin Naxçıvandan İrəvana mesajı: Ordu hazırdır
  • Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu
  • İsraildən gələn kamikadzelər Ərdoğanı öldürəcək - Şok iddia
  • “Instagram”da “like”lar pullu ola bilər
  • Alpinistlərin meyiti Patoloji Anatomiya Birliyinə aparılır
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı - Video
  • "Qarabağı qarabağlılar qorusun"- Qızını erməniyə verən diaspor sədri
  • Yaxın 3 gündə hava kəskin soyuyacaq
  • Fərəh xanımın etimadı doğruldacağına əminəm!
  • “Yaxında bayrağımız Xankəndidə dalğalananacaq” – Prezidentin köməkçisi
  • “181 ölüyə pensiya yazılıb” – Səlim Müslümovun yoxlanılmasının rəsmi nəticəsi açıqlandı
  • XOŞ GƏLDİN DƏNİZ, AD GÜNÜN MUBARƏK
  • Günün ulduz falı:
  • Orucla bağlı şokedici faktlar
  • Prezident pasport və şəxsiyyət vəsiqəsi ilə bağlı ard-arda fərman imzaladı - DƏYİŞİKLİK
  • Ən seksual qoxular – 5 saniyəyə temperaturu artırır
  • Elmdə orucluqla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR
  • Əhaliyə son dəqiqə xəbəri - Millət hazır ol!
  • 14 May 2018, 08:52   
        260
    Qüds toqquşması: 52 ölü, 2400 yaralı - Matəm elan edildi/Video

    Qüds toqquşması: 52 ölü, 2400 yaralı - Matəm elan edildi/Video


    ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi qərarı bu gün icra ediləcək.

    XEBERTV.AZ Axar.az-a istinadə xəbər verir ki, Qüdsdə ABŞ səfirliyinin yerləşdiyi küçədə böyük bir sevinc hissi hakim olduğu halda, sərhəddə etiraz sədaları getdikcə gərgin xarakter almaqdadır.

    Səhər saatlarında iş yerlərini bağlayan bir çox fələstinli açılışa etiraz etmək üçün sərhədə yönəlib. İsrail ordusu isə səhər saatlarından etibarən sərhəddə gərginlik yaşanmasına səbəb ola biləcək addımlardan qaçmaq üçün havadan xəbərdarlıq vərəqələri paylayıb.

    Qüdsdəki ABŞ səfirliyinin açılış mərasimi ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner artıq İsrailə səfər edib. Donald Trampın özünün də açılışa telekonfrans vasitəsilə qatılması gözlənilir. AB qərara etiraz etdiyi üçün açılış mərasimində bir çox Avropa ölkəsi təmsil olunmayacaq. Lakin mərasimdə Macarıstan, Rumıniya və Çexiya təmsilçilərinin iştirakı gözlənilir.

    Trampın Qüds açıqlamasından sonra səfirliklərini Qüdsə köçürmə qərarı qəbul edən Qvatemala və Paraqvay rəhbərlərinin də təbdirdə iştirak edəcəyi bildirilir.

    ABŞ səfirliyinin köçürüləcəyi küçədə ABŞ və İsrail bayraqları ilə yanaşı, “Tramp İsraili böyük etdi” yazılmış lövhələr quraşdırılıb.

    Qeyd edək ki, ötən gündən İsrail hökuməti minə yaxın xüsusi təyinatlı döyüşçünü Qəzza sərhəd zolağına və İordan çayının qərb sahilinə yerləşdirib.

    Ordunun yaydığı məlumata görə, təhlükəsizliyi 3 quru qoşunları komandanlığı təmin edəcək. Bildirilir ki, HƏMAS-ın 14 və 15 may tarixlərində müxtəlif təxribatlarına qarşı ordu hazır vəziyyətə gətirilib.

    ***

    Ərəb liqası ABŞ-ın qeyri-qanuni Qüds qərarına görə çərşənbə günü təşkilatın təcili şəkildə toplanacağını açıqlayıb.

    Qəzza zolağının səhiyyə təşkilatı ərazidə İsrail əsgərlərinin atəş açması nəticəsində 2 fələstinlinin yaralandığını bildirib. Qəzza zolağı bölgəsində minlərlə insanın toplandığı qeyd olunur. Artıq etiraz aksiyaları genişlənməkdədir.

    Qüdsdəki rəsmi açılış mərasimi öncəsində Hizbullah sərt mövqe nümayiş etdirib. ABŞ-ın səfirliyi köçürmək qərarının dəyərsiz olduğu qeyd olunub.

    Bu arada, Qüdsdəki açılış mərasiminə 32 ölkənin - Əlcəzair, Anqola, Avstriya, Kamerun, Konqo, Demokratik Konqo Respublikası, Fil Dişi sahili, Çexiya, Dominikan Respublikası, Salvador, Efiopiya, Gürcüstan, Qvatemala, Honduras, Macarıstan, Keniya, Makedoniya, Myanma, Nigeriya, Panama, Peru, Filippin, Rumıniya, Ruanda, Serbiya, Cənubi Sudan, Tailand, Ukrayna, Vyetnam, Paraqvay, Tanzaniya və Zambiya - nümayəndələrinin qatılacağı açıqlanıb.

    ***

    Fələstinlilərlə İsrail ordusu arasında toqquşma baş verib. Anadolu Agentliyinin məlumatına görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, yaralıların sayı 93-ə çatıb.

    ***

    Qəzzada etirazçılarla hərbçilər arasında baş verən toqquşmalar nəticəsində ölən fələstinlilərin sayı 7-yə çatıb. 165 nəfərin isə yaralandığı bildirilir.

    ***

    Qəzzada toqquşmalar nəticəsində ölü və yaralıların sayı durmadan artır.

    Son məlumatlara görə, İsrail hərbçilərinin açdığı atəş nəticəsində 16 nəfər həlak olub. Yaralıların sayı isə 500-dən çoxdur.

    ***

    İsrail hərbçilərinin açdığı atəş nəticəsində ölənlərin sayı 25-ə çatıb.

    ***

    Qəzzadakı toqquşmalar nəticəsində ölənlərin sayı 37-yə çatıb. 1700-dən çox yaralının olduğu bildirilir.

    ***

    Ordunun erirazçıları açdığı atəş nəticəsində ölənlərin sayı 41-ə çatıb.

    ***

    Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

    Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir.

    ***

    Fələstin Prezidenti Mahmud Abbas 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib.

    loading...