Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 05 Mayıs 2018, 15:41   
        349
     42 ərini o dünyaya göndərib milyonçu olan qadın…

    42 ərini o dünyaya göndərib milyonçu olan qadın…

    Manyaklar arasında qadınlar da var. Törətdikləri dəhşətli cinayətlərə görə onlardan bəziləri heç də kişilərdən geri qalmır.

    XEBERTV.AZ Sfera.az-a istinadən dəhşətli cinayət törətmiş bir neçə qadın haqqında məlumatı təqdim edir:

    Pulemyotçu Tonka

    "Pulemyotçu Tonka” ləqəbli Antonina Makarova Böyük Vətən müharibəsi illərində Lokotsk vilayətində 1500 nəfəri öldürüb.

    İkinci Dünya müharibəsi başlayanda Antonina könüllü olaraq cəbhəyə gedib. Vətənə borcunu ödəyib. Lakin xidmət keçdiyi hərbi hissə mühasirəyə salınan və əsir düşən Makarova könüllü olaraq faşistlərə xidmət etməyə başlayır. Lokotskda edam hökmlərini yerinə yetirir. Almanlardan edam üçün "maksim” pulemyotu istəyir və alır. Əsirləri pulemyotla məhv edir. Müharibənin sonunda saxta tibb bacısı sənədi düzəldir və müharibə veteranı Ginzburqa ərə gedərək soyadını dəyişir.

    KQB onu çox axtarır. 1978-ci ildə ifşa olunur. Nəhayət 1979-cu ildə məhkəmənin qərarı ilə güllələnmə qərarı icra olunur.

    Zəhər kraliçası

    Markiza de Brenvil 1630 – 1676-cı illərdə yaşayıb. Öz atasını, qardaş bacılarını, uşaqlarını sevgilisi, kavalerist Qoden de Sent Kruanın köməkliyi ilə zəhərləyib. Sent Krua kimyaçı idi. Söhbət gəzirdi ki, Markiza xəstəxanaları gəzir və oradakı kasıbları zəhərləyir.

    Sonda Sent Krua sevgilisini satır. Onu ələ verir. Lakin gözlənilmədən 1672-ci ildə ölür. Markiza onu da o dünyaya yollayandan sonra ölkədən qaçır. Londonda, Hollandiyada gizlənir. 1676-cı ildə onu tapıb Fransaya göndərirlər.

    Özünü öldürmək istəyi alınmır. Məhkəmə istintaqında ona işgəncə verilir və Brenvil cinayətini etiraf edir. Onun başını kəsib, cəsədini yandırırlar.

    Sığortalı ər qatili

    Bella Seronson Ginnes 1859-cu il noyabrın 11-də Norveçdə, Syor-Tyondelaq quberniyasında doğulub. Ailədə səkkiz uşaqdan ən kiçiyi olub. Atası bənna idi. Ailə Tronxeym şəhərindən bir qədər aralıda, fermada yaşayırdı.

    Deyilənə görə, gənc yaşlarında Bella sevgilisindən hamilə qalır. Lakin günlərin bir günü evə qayıdarkən sərxoş kənd zadəganı ona hücum edir, təpiklə qarnına vurur, qadını döyür. Nəticədə Bellanın hamiləliyi pozulur. Məhz bundan sonra gənc qızın davranışlarında dəyişikliklər başlayır. O, fermalarda çalışaraq, Amerikaya getmək üçün pul toplayır.

    Tezliklə Bellaya əl qaldıran zadəgan müəmmalı şəraitdə həlak olur. Bella isə, nəhayət, pul toplayaraq, 1881-ci ildə Amerikaya köçür və burada xadimə işləməyə başlayır. 1884-cü ildə Bella çikaqolu Medsa Sorenson adlı şəxsə ərə gedir. Medsanın şirniyyat dükanı vardı, az-çox gəlir də gətirirdi. Lakin az keçmiş dükan yanır. Aldıqları sığorta ilə ər-arvad yeni ev alıb ora köçürlər.

    Medsa və Bellanın üç qız uşağı doğulur. Bir neçə ildən sonra hər üç qızcığaz müəmmalı şəraitdə dünyasını dəyişir. Uşaqların ölümü heç kimdə şübhə doğurmur. Qonşuların ağlına da gəlmir ki, ana öz balalarına qıya bilər. Ancaq fakt faktlığında qalır – Bella qızlarının həyatını sığortalamışdı. Onların ölümündən sonra qadın iri məbləğdə sığorta alır.

    Tezliklə Bellanın əri də dünyasını dəyişir. Guya o, dərman içərkən həbləri səhv salmış, nəticədə güclü zəhərlənmişdi. Bella ərinin də həyatını sığortalamışdı. Həyat yoldaşının ölümünə görə aldığı sığorta pulları ilə Bella Ginnes yeni ferma alır. Ərinin qohumları şübhələnmişdilər. Onlar Bellanın hər hərəkətini izləyirdilər. Bellanın isə heç nə vecinə deyildi. Özünə yeni-yeni sevgililər tapırdı. Hamı bilirdi ki, o duldur, buna görə də tanış olmaq istəyən kişilərin sayı çox idi. Ancaq onların ağlına da gəlmirdi ki, bu xoş görünüşlü qadın əslində soyuqqanlı qatildir.

    Yatağına saldığı kişilər tezliklə ona evlilik təklifi edirdilər. Bella imtina etmirdi. Ərə gedirdi, hər bir ərinin də həyatını sığortalayırdı. Bir qədər sonra isə həyat yoldaşları müəmmalı şəraitdə dünyalarını dəyişirdilər.

    Ümumilikdə, Bella Ginnes 42 ərini "o dünyaya” göndərir və sığorta pullarından yarım milyon dollar qazanır. O zaman üçün bu, indiki dövrün milyonlarına bərabər məbləğ idi.

    Polis Belladan şübhələnmişdi. Ancaq onun cinayətlərini sübuta yetirmək çətin idi.

    Öldürülənlərin qohumları isə polisi gözləmək fikrində deyildilər. İntiqam almaq istəyənlərə cinayətin məhz Bellanın törətdiyini sübut etmək üçün fakt-dəlil lazım deyildi. Günlərin bir günü Bella Ginnes yoxa çıxdı. Kimsə Belanın başını kəsib, sonra meyitini yandırmışdı. Onun qatili tapılmadı.
    loading...