
ABŞ-dan Çini qıcıqlandıran addım: B-52-lərlə…
ABŞ-ın B-52 bombardmançı təyyarələri Cənubi Çin dənizində yerləşən Spratli adaları üzərində uçuşlar həyata keçirib.
XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb. Təyyarələrin Quam adasından havaya qalxdığı bildirilib. Pekin ABŞ təyyarələrinin qarşısını almaq üçün heç bir addım atmayıb.
Qeyd edək ki, Çinin Spratli adalarını gözlənilmədən zəbt edərək, burada özünə hərbi bazalar yaratmasından sonra Cənubi Çin dənizində vəziyyət gərginləşib. Bu adalara Çinlə bərabər, Vyetnam, Filippin və Malaziya da iddia edir. ABŞ isə bölgədə təhlükəsizliyin təminatı üçün buraya öz gəmilərini göndərib. Cənubi Çin dənizinin zəngin karbohidrogen yataqlara sahib olması Çinə qarşı münasibətləri kəskinləşdirib.
Çin isə artıq öz mövqeyindən əl çəkməyəcəyini açıqlayıb. İki həftə öncə Pekin bu ərazidə genişmiqyaslı təlimlər keçirib. Təlimlərə Çinin təyyarədaşıyan gəmisi, 76 təyyarəsi, 48 döyüş gəmisi və 10000-dən çox hərbçisi qatılıb.