Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 17 Nis 2018, 16:21   
        795
    Azərbaycanın kosmosa 3-cü həmləsi

    Azərbaycanın kosmosa 3-cü həmləsi

    Azərbaycanın sayca üçüncü peyki olan “Azərspace-2” may ayının 25-də orbitə göndəriləcək.

    Bu barədə korporativ kommunikasiya departamentinin direktoru Aysel Soltanova Real TV-yə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bu peyk hazırkı müştərilərə öz xidmətlərini genişləndirməyə imkan verəcək.

    Qeyd edək ki, ABŞ-ın peyk operatoru “İntelsat” şirkətinin orbitdəki 45 dərəcədəki mövqeyinə “Azerspace 2” peykinin buraxılmasına dair ilkin razılıq 2014-cü ildə əldə edilib.

    İntelsat 50-dən çox peyki ilə dünyanın ən böyük peyk operatorudur. Azərbaycanın 3-cü peykini də orbitə buraxacaq "Arianspace" şirkəti isə 1980-ci ildən fəaliyyət göstərir.

    "Arianespace" dünyanın əksər ölkələrində mövcuddur: Fransada, Birləşmiş Ştatlarda, Yaponiyada və Sinqapurda şirkətin nümayəndəlikləri yerləşir. "Arianespace" kosmik aparatları Cənubi Amerikadan, ya da Mərkəzi Asiyadan orbitə göndərir. 3-cü peykimizin orbitdə istifadə müddəti "Azərspace-1" ilə müqayisədə 6 il çox olacaq.

    “Azərspace-2” Avropa, Mərkəzi və Cənubi-qərbi asiya , yaxın şərq və tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qrumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq imkanı yaradacaq.

    Peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

    Qeyd edək ki, "Azerspace-1" peyki orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb.

    "Azersky" peyki bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

    "Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
    loading...