
Suriyanı vuran raketlərin qiyməti açıqlandı
Hərbi mütəxəssislərin hesablamasına əsasən, ABŞ, Britaniya və Fransanın ötən gecə Suriyaya təşkil etdiyi əməliyyatın dəyəri 240 milyon dollardır.
XEBERTV.AZ Real Tv-yə istinadla xəbər verir ki, bunu Rusiya Baş Qərargahı Əsas Hərəkət Dairəsi rəisi ordu generalı Sergey Rudskoy bildirib.
Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin ötən gecə keçirdiyi əməliyyat zamanı 103 raket atılıb, onların 71 Suriya HHM qüvvələri tərəfindən zərərsizləşdirilib.
ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Dana Uayt isə bildirib ki, əməliyyat zamanı 105 raket nəzərdə tutulan bütün obyektləri vurub.