Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • 13 Nis 2018, 23:07   
        229
    Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək

    Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək
    Suriyanın Duma şəhərində baş verən hələ təsdiqini tapmamış kimyəvi hücuma cavab olaraq Tramp administrasiyası, çox düşünüb-daşınmadan, Suriyanın bombalanması əmrini verib. Suriyanın hərbi və mülki obyektlərinə “Tomohavk” raketləri ilə zərbələr endirilib.

    Bu raketlərin buraxılması ABŞ-ın “topçu diplomatiyasının” başa çatdığını və “Tomohavk diplomatiyasının” başladığını göstərir.

    Bu barədə Oxu.Az-a “Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov danışıb.

    Azərbaycanlı ekspertin sözlərinə görə, bu raketlərdən (“Tomohavklar”-red.) amerikalılar demək olar ki, iştirak etdikləri bütün münaqişələrdə istifadə edib.

    “Fəratın bir sahilinə dislokasiya olunmuş xüsusi təyinatlılara cavab olaraq, həmin istiqamətə raketlər yönəlib. “Tomohavk”dan istifadə hər zaman effektiv olub. Görünən odur ki, Tramp administrasiyası, Suriya münaqişəsində Rusiyaya siyasi təsir resursunun tükəndiyini gördüyündən, vəziyyəti tam öz nəzarətinə götürməyə qərar verib.

    Rusiya, İran və Ankaranın “Biz terrorçulara qalib gəldik və "İslam dövlətinin" yaranmasına imkan vermədik” kimi qələbə bəyanatlarına Vaşinqtondan “Yox, bir qədər aralaşın, bunu Mən edəcəm” cavabı gəldi”, - deyə fəlsəfə elmləri doktoru bildirib.

    Ələsgərov əmindir ki, bu eyni zamanda Tehran və Ankaraya bir ismarıcdır. O Tehran və Ankara ki, Vaşinqtonla qaynar münaqişəyə cəlb olunma təhlükəsi ilə üzləşib.



    “Çox güman ki, Əsədin mövqelərinə hücum etməklə, Vaşinqton təkcə NATO-dakı müttəqifləri Fransa və Böyük Britaniyanın deyil, eyni zamanda ərəb ölkələrinin – Səudiyyə Ərəbstanı, İordaniya, və əlbəttə ki, İsrailin qabaqcadan dəstəyini qazanıb.”, -deyə o, bildirib.



    Ekspert: Dünyanın taleyini “Tomohavk” və “Pansir” raketləri həll edəcək


    Saytın həmsöhbəti bildirib ki, “Tomohavkların” buraxılması hələ başlanğıcdır, bundan sonra Suriya ətrafı bazalara dislokasiya olunmuş çoxsaylı bombardmançı aviasiyanın hava reydləri gözləniləndir.

    Görünür kimlərsə Suriyanı yaşayış üçün əlverişsiz səhraya çevirmək prosesini sürətləndirmək qərarına gəlib. Tramp artıq öz əzələləri göstərdi; opponentlərinə təsir vasitəsi olan arsenalında təkcə sanksiya siyahısı deyil, qanadlı raketlərin də olduğunu nümayiş etdirdi.

    İndiki halda çox şey Rusiyanın Suriya üçün yaratdığı HHM sisteminin effektivliyindən asılıdır. Son zamanlar ora orta radiuslu təsir gücünə malik olan 40-a yaxın “Pansir” HHM sistemi kompleksləri göndərilib.

    HHM güclü əks-təsir göstərə bilsə, bu ABŞ-ın “isti başını” bir qədər sakitləşdirə bilər. Situasiya “Tomohavk” raketlərinin düşmə dəqiqliyindən və zərərsizləşdirilmiş raketlərin sayından asılı olaraq dəyişə bilər”,- deyə ekspert bildirib.

    Ələskərov əlavə edib ki, “Tomohavklar” hər hansı Rusiya obyektinə və ya Suriyadakı bazasına tuş gəl gəlsə, vəziyyət tam nəzarətdən çıxa bilər.

    “Bu gün Rusiyanın hava kosmik qüvvələri ABŞ-ın Aralıq dənizindəki aviadaşıyıcı qrupunu və ya Vaşinqtonun Suriya və İordaniyadakı hər hansı strukturunu məhv etməyə imkan verən daha müasir gəmi əleyhinə qanadlı raketlərə malikdir.

    “Gəmi əleyhinə raket silahlarının hazırlanmasına Rusiya böyük resurslar sərf edib. Bunun sayəsində bu gün Rusiyanın arsenalında “Qranit”, “Malaxit”, “Moskit” və “Oniks” kimi RHM silahları var. Hal-hazırda dünyanın taleyi bu iki raketin , “Tomohavk” və “Pansirin” əlindədir, bəşəriyyətin gələcəyi bu iki raketdən hansının qalib gələcəyindən asılı olacaq...”,-deyə Ələsgərov vurğulayıb.
    loading...