
Yutub binasında atışma: 4 ölü - Trampa məlumat verildi
Yutubun Kaliforniya ştatında yerləşən binasında silah səsləri eşidildiyi barədə xəbər yayılıb.
XEBERTV.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının San Bruno Polis Departamenti məlumat yayıb.
Polis vətəndaşların ərazidən uzaq durmasını tələb edib. Ancaq silah səslərinin gəldiyinə dair hər hansı rəsmi məlumat verilməyib.
***
Polis atıçma nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. İlkin ehtimala görə, ölənlərdən biri olan qadın qatildir və onun intihar etdiyi ehtimal olunur.
Yaralıların sayı dəqiq bilinmir. Xəstəxanaya hələlik 5 yaralının yerləşdirildiyi bildirilib.
Olayla bağlı ABŞ Prezidenti Tramp məlumatlandırılıb.
"Mənə bu barədə məlumat verildi. Bizim fikrimiz və duamız insidentdə zərər çəkənlər üçündür", - Tramp Tvitter hesabında yazıb.
Tramp həmçinin hadisə yerində öz vəzifə borclarını yerinə yetirən polislərə təşəkkür edib.Axar.az