Xəbər lenti
Axtar
16 Mrt 2018, 16:33   
    278
Ərdoğanla NATO-nun baş katibi arasında telefon danışığı olub

Ərdoğanla NATO-nun baş katibi arasında telefon danışığı olub


Bakı. 17 mart. XEBERTV.AZ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı NATO rəhbəri ilə telefon danışığında Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatına toxunub.

Ərdoğan əməliyyatın İŞİD-ə qarşı mübarizəyə maneə olmadığını deyib. Əməliyyat çərçivəsində bölgədəki dinc sakinlərə zərər verilməsinə xüsusi diqqətin ayrıldığını vurğulayan dövlət başçısı "Zeytun budağı" əməliyyatının həm də İŞİD terrorçularına qarşı mübarizənin bir hissəsi olduğunu deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə NATO dəyərlərinə və müttəfiqlik prinsiplərinə sadiqdir. NATO-nun baş katibi Yens Stoltenberq isə öz növbəsində Türkiyənin NATO-nun önəmli müttəfiqi olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu bu ilin 20 yanvarında Suriyanın Afrin bölgəsində PKK-nın Suriya qolu PYD-ə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın gedişində minlərlə terrorçu zərərsizləşdirilib, onlarla yaşayış məntəqəsi azad edilib.
loading...