
ABŞ-dan bəyanat: Dağlıq Qarabağı de-fakto...
Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ Dağlıq Qarabağ rejimini de-fakto tanıyır, nə də digər ölkələr, o cümlədən Ermənistan.
XEBERTV.AZ xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.Axar.az