
Türkiyədən zirehli avtomobillər üçün yeni texnologiya
Türkiyə "Əjdər Yalçın 4x4" zirehli avtomobilləri üçün yeni texnologiya hazırlayır.
XEBERTV.AZ Trend-ə istinadla xəbər verir ki, yeni texnologiya zirehli avtomobilləri sürücü və ekipaj üzvü olmadan idarə etməyə imkan verəcək.
Hazırda texnologiyanın hazırlanması üzrə işlər davam edir.
Bundan öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan insansız tank hazırlığına başlanıldığı barədə açıqlama vermişdi.
Qeyd edək ki, bir sıra ölkələr "Əjdər Yalçın 4x4" zirehli avtomobillərindən istifadə edir. Bir müddət əvvəl Qətərə 400 belə texnika tədarük olunmuşdu.