Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 09 Şub 2018, 22:45   
        342
    ABŞ generallarının özbaşına qərarı: Türk ordusuna mesaj…



    ABŞ bir neçə gün əvvəl Əsədin tərəfində döyüşən qüvvələri güclü bombardmana məruz qoyub. Hadisə zamanı xeyli rusiyalı döyüşçünün öldüyü barədə məlumatlar var. Bunu Donetsk separatçılarının “müdafiə naziri” olmuş İqor Strelkov (Girkin) da təsdiqləyib. Amma ölən rusiyalılar nizami ordunun əsgərləri yox, “Vaqner qrupu” adlandırılan özəl hərb şirkətin muzdlularıdır.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O qeyd edib ki, həmin qrup Rusiya ordusundan və digər güc strukturlarından istefaya çıxmış zabitlərdən formalaşdırılıb:

    “Bu qrup mütəşəkkil qaydada Donbasda Ukraynaya qarşı döyüşüb, Rusiyanın Suriya müharibəsinə müdaxiləsinin başlamasından sonra isə bu ölkəyə göndərilərək Rusiyanın qeyri-rəsmi quru qüvvəsi kimi İranın gətirdiyi qruplar və Hizbullahla bərabər, Əsəd hökumətini qorumaq tapşırığını uğurla icra edib. Rusiyanın, eləcə də Türkiyə və İranın işini çətinləşdirən əsas amil budur ki, ABŞ-ın siyasi rəhbərliyinin bilavasitə ərazidə baş verənlərə müdaxiləsi məhduddur. Tramp hərbçilərə çox inanır və yerlərdə onlara geniş təşəbbüskarlıq imkanı tanıyıb. Suriyada amerikalı generallar, hətta daha aşağı rütbəli zabitlər mümkün siyasi nəticələri çox da düşünmədən istədikləri qərarı qəbul edib, həyata keçirirlər. Onların son aqressiv əməliyyatı həm də Menbiçə girmək istəyən Türkiyəyə verilmiş mesaj idi”.

    Politoloq önümüzdəki günlərdə əvvəlcə Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin, gələn həftə isə ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfərinə də toxunub:

    “Bu səfərlərin yekununda münasibətlər ya o yanlıq, ya da bu yanlıq olacaq. Artıq Konqresdə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini tələb
    edənlərin sayı artıb. Türkiyəyə qarşı İran embarqolarını pozmaq (Rza Zərrab məsələsi), Rusiya ilə hərbi və enerji sahəsində böyük sövdələşmələrə getmək (S-400, “Türk axını”) səbəbi ilə sanksiyalar tətbiq oluna bilər. Apreldə “erməni soyqırımı”nın Konqresdə rəsmən tanınması təhlükəsi də var, artıq yəhudi lobbiləri Türkiyəyə əvvəlki kimi dəstək vermir. Ankara isə bu durumda öz ərazisindəki hərbi bazalardan (İncirlik, Kürəcik) ABŞ-ın istifadəsini qadağan edəcək, Rusiya və İran ilə daha da yaxınlaşacaq. Belə görünür ki, Türkiyənin maraqlarına və narahatlıqlarına açıq etinasızlıq nümayiş etdirən amerikalı generallar bu təhlükəni gözə alıb. Amma bu neqativ ssenari münasibətlərin dibə vurması və qopma yaşanması durumunda gerçəkləşə bilər”.

    mənbə Axar.az
    loading...