Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+
  • Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
  • Yeni Ombudsman bu üç nəfərdən biri olacaq – ADLAR
  • Bu axşam Bakıda internet olmayacaq
  • Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib
  • Gürcüstanın Azərbaycana olan borcu açıqlandı
  • Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan
  • Almaniya islam respublikasına çevrilir - Mayer
  • ''İRAN'' TEBRİZİN BİR YUMURUĞU İLE DAĞILACAQ ULU ÖNDER EBÜLFEZ ELCİBEY!
  • Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
  • Çılgın Türkler iş başında: 2 litre suyla 70 kilometre gidilebiliyor!
  • Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır
  • ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • 26 Oca 2018, 06:31   
        843
     Vəziyyət mürəkkəbləşdi, terrorçular Əsədi köməyə çağırdı


    Suriyanın Afrin anklavında Türkiyə qoşunlarına qarşı döyüşən YPG terrorçuları prezident Bəşər Əsədi köməyə çağırıblar və ondan ölkəsinin sərhədlərini qorumasını istəyirlər. Bu barədə “The Guardian” yazır.

    Məqalədə deyilir ki, Türkiyənin Afrinə hücum əməliyyatının başlanmasından bir həftə sonraya təsadüf edən bu hadisə, kürdlərin muxtariyyət arzularına son qoysa da, Ankara və Dəməşq arasında birbaşa qarşıdurmanın başlanğıcı ola bilər. Bu həm də ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə, Amerikanın hakimiyyətdən getməsini tələb etdiyi Əsəd arasında yeni alyansın yaranmasına yol aça bilər.

    Afrin anklavının yerli muxtar kürd hökumətinin ötən cümə axşamı günü verdiyi bəyanatda deyilir: "Biz Afrini vəhşi xarici hücumdan qorumaqda və Türkiyənin işğal cəhdlərinə sinə gərməkdə davam etmək əzmində olduğumuzu bildirməklə yanaşı, Suriya dövlətini buraya dəvət edirik ki, Afrindəki suveren hüquqlarına sahiblik etsin və özünün Türkiyə ilə sərhədini qorusun".

    Ankara Afrin bölgəsindəki kürd YPG birləşmələrinin buradan vurub çıxarılması məqsədilə hərbi müdaxiləsinə ötən şənbə günü başlayıb.


    Türkiyə, Suriya kürdlərinin Xalq Müdafiə Birliyi - YPG-ni Kürdüstan İşçi Partiyası ilə əlaqədə ittiham edir. PKK Türkiyədə, Avropa və ABŞ-da terrorçu qruplaşmalar siyahısına salınıb.

    Ankara Afrin üzərinə hücum qərarını ABŞ Suriyanın şimalında 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planlarını açıqladıqdan sonra qəbul edib. Plana görə, bu qüvvənin böyük əksəriyyətini kürd silahlı dəstələri təşkil etməli idi. Türkiyə hadisələrin belə inkişafında özünün milli təhlükəsizliyinə hədə görür.

    "The Guardian" yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi kürdlərin Əsəd hökumətinə kömək üçün müraciəti və ya Türkiyənin Dəməşqə qarşı döyüşmək niyyətində olub-olmadığı barədə sualları cavablandırmaqdan imtina edib. Suriya hökuməti də bu barədə heç bir şərh verməyib, lakin Türkiyənin Afrinə hücumunu özünün ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi pisləyib.

    Məqalədə deyilir ki, Afrindəki kürdlərin kömək üçün Dəməşqə müraciəti Suriya böhranında tamamilə yeni mərhələ ola bilər. YPG və onun siyasi qolu sayılan PYD uzun müddətdir ki, Suriyanın şimalında muxtariyyət qurmaq niyyətlərini bəyan edir. Buna görə də indi YPG-nin Əsəd hökumətinə müraciəti muxtariyyət niyyətindən geri çəkilmək kimi də qiymətləndirilə bilər.

    "The Guardian" yazır ki, YPG indiyədək özünü anti-Əsəd qüvvə kimi təqdim edib və bəyan edib ki, Dəməşq Suriya kürdlərinə qarşı ayrı-seçkiçilik siyasəti yürüdür. Suriya kürdləri gileylənirdilər ki, Suriya dövləti onlara kimlik sənədləri vermir və başqa hüquqlarını pozur. Lakin burası da var ki, YPG və PYD zaman-zaman Dəməşq hökuməti ilə yaxın əməkdaşlıqda ittiham edilib.

    Afrinlilərin Əsədə müraciəti həm də onu göstərir ki, kürdlər ABŞ və Rusiyanın Türkiyənin qarşısını ala bilməməsindən qəzəblidirlər. Raqqanın alınmasında YPG qüvvələrindən istifadə etmiş ABŞ Türkiyəni təmkinə çağırmaqdan başqa heç nə edə bilməyib.

    Suriya kürdləri ilə ara-sıra əməkdaşlıq edən Moskva, onların danışıqlar masası arxasında yerinin olduğunu bildirsə də, Türkiyənin Afrinə hücumu üçün hava məkanını açıb. Suriya hökumətinin kürdlərin bu çağırışına cavab verib-verməyəcəyi və Türkiyənin Əsəd müdaxilə edərsə, hücumu dayandırıb-dayandırmayacağı hələlik bilinmir. Lakin hadisələrin belə inkişafının Suriya münaqişəsini daha da mürəkkəbləşdirəcəyi şübhəsizdir. (Virtualaz.org)
    loading...