Xəbər lenti
Axtar
25 Oca 2018, 02:33   
    1 143
Almaniyadan şok: Türkiyəyə “Leopard” satılmayacaq




Türkiyənin Afrində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub.

XEBERTV.AZ xəbər verir ki, Almaniya kansleri Angela Merkel Türkiyəyə “Leopard” tanklarının satışını qadağan edib.

Hərbi texnikanın satışı ilə bağlı yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatında yayılan “Leopard” tanklarının satışının dayandırılması ilə bağlı açıqlama verib.

“Leopard tankları ilə bağlı bir komissiya toplanacaqdı. Komissiyanın toplantısı təxirə salındı. Müvəqqəti dayandırmaq və ya ləğv edilməsi ilə bağlı heç nə yoxdur”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Almaniya Daxili İşlər Nazirliyinin rəsmisi Yohannes Dimrot rəsmi Berlini alman istehsalı olan "Leopard" tanklarından Türkiyənin Afrində istifadə etməsinə qarışmayacağını bildirmişdi.Axar.az
loading...