Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • 22 Oca 2018, 16:38   
        317
     ABŞ-dan narazı olan ölkələrin sayı rekord həddə çatdı


    Donald Trampın prezidentliyi dönəmində ABŞ-ı dünyanın lideri sayan dövlətlərin sayı rekord sayda aşağı düşüb.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu nəticə “Qallup” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Şirkət keçən il ABŞ rəhbərliyindən narazı olan ölkələrin sayının 53-ə çatdığını (2016-cı ildə bu rəqəm 16 idi – red.) bildirib. “Qallup” indiyə qədər ABŞ-ın siyasətindən bu qədər narazı dövlətin olmadığını bəyan edib.

    Sorğunun nəticələrinə görə, Vaşinqtondan ən çox Norveç narazıdır. Burada əhalinin 86%-i Vaşinqtonun siyasətinə qarşı çıxıb. Ondan sonrakı yerlərdə Avstriya, Kanada, İslandiya, Pakistan, İsveç, Çili, Niderland, Belçika, Finlandiya və Almaniya yer alıb.

    Vaşinqtonun müttəfiqlərinin narazılığına daha çox Trampın NATO-nun yaşlanması ilə bağlı işlətdiyi ifadələr səbəb olub. Narazılıq yaradan digər ən böyük səbəblər sırasında həmçinin ABŞ-ın Paris İqlim Razılaşmasından çıxması və Qüdsü İsrailin paytaxtı kimi tanıması kimi məqamlar yer alıb.

    Bununla belə, ABŞ hökumətinin fəaliyyətindən razı qalan dövlətlər də tapılıb. Onların sayı 27-didir. Bunlar sırasında ilk yeri Kosova (75%) tutub. İlk üçlükdə Albaniya (72%) və Qvineya Respublikası (71%) qərarlaşıb. Ümumiyyətlə, ABŞ siyasətindən razı olan ölkələrin ilk onluğundakı 7 yeri Afrika ölkələri tutub. İlk onluqda həmçinin İsrail də yer alıb.
    loading...