
Türkiyənin Afrin istiqamətində başlatdığı əməliyyata qarşılıq olaraq Hatayın Reyhanlı ərazisinə raket zərbələri endirilib.
XEBERTV.AZ xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilib.
Əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.
***
18:16
Reyhanlı mahalının 3 fərqli ərazisinə raket atıldığı bildirilib.
Məlumata görə, Pınarbaşı, Gültəpə və Mustafa Kamal Paşa məhəllələrinə endirilən raket zərbələri nəticəsində 1 suriyalı həyatını itirib, 32 nəfər isə ağır yaralanıb.
Bundan əlavə, ərazidəki avtomobillər və evlər də zərər görüb.
Polis ərazidə təhlükəsizliyi gücləndirib.
***
Reyhanlıya yerli vaxtla 18:15-də daha bir raket atılıb.
Hadisə yerinə xeyli təcili yardım briqadaları cəlb edilib. Yaralıların sayının 37-yə çatdığı bildirilib, onlardan 3-nün vəziyyəti ağırdır.
***
Hatay Valiliyi Afrindən Reyhanlıya 11 raketin atıldığını, yaralı sayının 47-yə çatdığını açıqlayıb.



Axar.az