
İspaniyanın www.eldiario.es portalında NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayının artırılması haqqında məqalə dərc edilib.
XEBERTV.AZ xəbər verir ki, “Azərbaycan Əfqanıstandakı kontingentini genişləndirir” sərlövhəli məqalədə NATO-nun bu ölkədəki missiyasına 94 hərbçidən ibarət heyətlə dəstək verən Azərbaycanın öz kontingentinin sayını 120-dək artırdığı qeyd olunub.
Yazıda ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin NATO-nun Brüsseldəki mənzil-qərargahında çıxışı xatırladılıb və Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfə verdiyi diqqətə çatdırılıb.
Mənbə Axar.az