Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 06 Oca 2018, 12:41   
        524
    “Türkiyənin istehsal etməyəcəyi silah qalmayacaq”

    Natiq Miri: “Bu, güclü Türkiyənin varlığını təmin etmək üçün gərəklidir”


    Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı razılıq əldə edən Türkiyə ABŞ-dən səsdən süətli hiperraketlərin alınması yönündə də konkret addımlar atdı. Bu günlərdə isə Türkiyə Fransa və İtaliya ilə birlikdə hava-raket hücumundan müdafiə sistemləri barədə müqavilə imzalayıb

    Son illər silahlanmaya böyük vəsait ayıran və müxtəlif ölkələrdən silah idxalını təmin edən Türkiyənin silahlanmaya bunca maraq göstərməsi nə ilə bağlıdır? Doğrudanmı ortada Türkiyəni təhdid edən ciddi bir təhlükə var?

    Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

    “Türkiyə milli silah istehsalına mühüm diqqət yetirir. Ankara Fransa-İtaliya birgə müəssisəsi olan “Eurosam”la birlikdə raket sistemlərinin birgə istehsalına maraq göstərir. Bu yöndə müəyyən razılaşmalar əldə olunub. Türkiyə heç bir ölkədən müdafiə nöqteyi-nəzərindən asılı olmamaq üçün, bu raketlərin ölkə daxilində istehsalına nail olmağa çalışır. Çünki regional və qlobal mənada güclü dövlət olmaq niyyətin varsa, bu silahları özün istehsal etməlisən.

    Türkiyə milli müdafiə sənayesini yüksək səviyyədə inkişaf etdirir. Türkiyə artıq öz milli tankını istehsal etməyə başlayıb. 2023-cü ildə öz hücum təyyarlərini istehsal edəcək. Buna paralel olaraq pilotsuz hava uçaqlarını da istehsal etməyə başlayıb. Bütün bunlar güclü Türkiyənin varlığını təmin etmək üçün həyata keçirilir.

    Türkiyə dünyanın mərkəzi olan Avrasiyanın ortasında yerləşən bir dövlətdir. Bu bölgədə ayaqda dumaq üçün mütləq mənada güclü ordun olmalıdır. Bunun əsas şərtlərindən biri də güclü milli müdafiə sənayesinin olmasıdır. Türkiyə də buna nail olmağa çalışır. Yaxın 5-10 il ərzində Türkiyənin istehsal etmədiyi bir silah qalmayacaq”.
    loading...